Ərdoğan Blinkeni qəbul edib - YENİLƏNİB, FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan ABŞ dövlət katibi Entoni Blinkeni qəbul edib.


Bu barədə Türkiyə Prezidentinin ofisi məlumat yayıb.


Bildirilib ki, görüş Esenboğa hava limanının Böyük Şərəf Salonunda baş tutub.

**12:57

“Bir terror təşkilatı ilə mübarizə aparmaq üçün başqa terror mənbəyi ilə əməkdaşlıq etmək doğru deyil”.


Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fevralın 20-də Ankarada ABŞ-ın dövlət katibi Antoni Blinkenlə birlikdə keçirdiyi mətbuat konfransında deyib.


O bildirib ki, bu gün NATO üçün iki təhdid var: “Bunlardan birincisi Rusiya, ikincisi terrordur. Ona görə də biz PKK ilə mübarizə üçün İŞİD-lə əməkdaşlıq etmirik. Terrorçuların hansı ideologiyaya xidmət etməsinin bizim üçün fərqi yoxdu”.


M.Çavuşoğlu xatırladıb ki, terrorçulara qarşı birgə mübarizə aparılmalıdır.

**12:15

“Çinin Rusiyaya silah yardımı bizi narahat edir”.


Bunu ABŞ dövlət katibi Antoni Blinken Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birlikdə Ankarada keçirdiyi mətbuat konfransında deyib.


O bildirib ki, bu barədə bir neçə dəfə xəbərdarlıq edilib:


“Təhlükəsizliklə bağlı bağlı narahatlığımızı Çin rəhbərliyi ilə bölüşmüşəm. Nə olacağını dəqiq demək çətindir. Amma Çin üçün böyük problemlər yarana bilər”.


Blinken, həmçinin söyləyib ki, İranın nüvə silahını zənginləşdirməsi də ciddi məsələdir.

**11:38

Türkiyədə səfərdə olan ABŞ dövlət katibi Entoni Blinken türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.


Senzor.az xəbər verir ki, görüşdə bir sıra məsələlər, o cümlədən Cənubi Qafqazdakı situasiya müzakirə olunub.


"Bu günlərdə Entoni Blinkenin Azərbaycan və Ermənistan rəsmiləri ilə təmasları oldu. Məqsədimiz Cənubi Qafqazda davamlı sülhün və stabilliyin əldə olunmasıdır. Biz bu istiqamətdə birgə səylərə göstərməyə davam edəcəyik", Çavuşoğlu birgə mətbuat konfransında deyib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.