Putin Rusiyanın nüvə sazişində iştirakını dayandırdı – AĞ EV-in KƏŞFİYYAT MATERİALLARINI KREML-ə KİM ÖTÜRÜB?
TƏHLİL

Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciət edib. O, müraciət zamanı müxtəlif məsələlərə toxunsa da, bir məqam daha çox diqqət çəkib. 

 

Belə ki, Kreml başçısı “Rusiya strateji hücum silahlarının azaldılması və məhdudlaşdırılması müqaviləsində iştirakını dayandırır” deyib. 

 

Putin nüvə sazişindən çıxdı?

 

Putinin indiki məqamda belə bir açıqlama verməsi təsadüfi deyil. Onun Federal Məclisə müraciəti hər nə qədər Rusiya-Ukrayna müharibəsinin bir ilinin tamam olması və Qərbin, ABŞ-ın Ukraynaya dəstəyi ilə bağlı olsa da, ölkəsinin strateji hücum silahlarının azaldılması və məhdudlaşdırılması müqaviləsində iştirakını dayandırdığını elan etməsi tamamilə fərqli məsələ ilə bağlıdır.

 

Çünki məlum müqavilə Rusiya ilə ABŞ arasında imzalanıb və bu tərəflərdən birinin sazişi pozması halında qüvvədən düşə bilər. Yəni bu o deməkdir ki, ABŞ   müqaviləyə zidd davranıb. Putinin müraciət zamanı “ABŞ bunu ilk etsə...” deyərək topu ABŞ-ın üzərinə atması da bunu deməyə əsas verir. 

Görünür, Kreml bu və ya başqa formada ABŞ-ın strateji hücum silahlarının azaldılması və məhdudlaşdırılması müqaviləsinə zidd olaraq sınaqlar keçirdiyini öyrənib. Əks təqdirdə belə iddialı danışmazdı. Çünki Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılması haqqında Müqavilə (START) 2021-ci ilin fevralında başa çatarkən müqavilənin 5 il daha uzadılmasını təklif edən tərəf məhz Rusiya idi. 

 

Pekinin Kremlə ötürdüyü kəşfiyyat materialları

 

Kremlin ABŞ-ın START müqaviləsinə zidd olaraq bu silahların sınaqlarını keçirdiyi və ya artırdığını necə, hansı yollardan öyrəndiyinə gəldikdə isə mümkündür ki, bu məlumatı Rusiyaya Çin ötürüb.

 

Məlum olduğu kimi, bir müddətdir ABŞ və Çin arasında aerostat qalmaqalı var. Çinə məxsus aerostatlar bir müddətdir ki, ABŞ ərazilərində kəşfiyyat uçuşları həyata keçirir. Rəsmi Vaşinqton isə bu uçuşlardan narahat olduğu üçün həmin aerostatlardan birini bu yaxınlarda vurdu.  

 

Vaşinqton hadisədən sonra açıq şəkildə bildirdi ki, Çin Aerostatı ABŞ tərəfinə məqsədyönlü şəkildə, kəşfiyyat materialları əldə etmək üçün göndərilib. 

 

Bu hadisədən bir müddət sonra isə Kanada-ABŞ sərhədində naməlum uçan obyekt vuruldu. Görünür, həmin obyekt də Çinə məxsus olub.  

Çin aerostatlarının ABŞ səmasında ardıcıl uçuşlar həyata keçirib kəşfiyyat materialları toplaması ondan xəbər verir ki, Pekin Vaşinqtonun strateji hücum silahlarını sınaqdan keçirdiyini öyrənib və bu istiqamətdə kəşfiyyat materialları toplayır. İstisna deyil ki, Pekin bu kəşfiyyat materiallarını Rusiya ilə bölüşüb. 

 

Kremlin cavab addımı

 

Rusiya START müqaviləsindən çıxarsa, bu həm regionumuz, həm də dünya üçün kifayət qədər ciddi təhlükə deməkdir. Məsələ ondadır ki, Rusiya nüvə arsenalını, qitələrarası ballistik raketlərini, sualtı qayıqlarda və ağır bombardmançı təyyarələrdə ballistik raketlərin sayını artırsa bu həm də həmin silahların gələcəkdə Şimali Koreya, İran kimi ölkələrə satıla biləcəyi ehtimalını yaradır.  

Bu isə Çinin əl-qolunu açacağı kimi, Vaşinqton üçün ən arzuolunmaz ssenari olacaq. 


Turan Rzayev, 

politoloq






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.