İran regional əməkdaşlıqda maraqlı deyil - ABDULLAHİANIN AÇIQLAMASI İSƏ MANİPULYASİYA XARAKTERİ DAŞIYIR
ŞƏRH

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib ki, İran Tehranda Rusiya, Azərbaycan, Türkiyə, Ermənistan və Gürcüstan xarici işlər nazirləri ilə “3+3” formatında görüş keçirməyə hazırdır. Nazirin sözlərinə görə, İran bunu edə bilər.  

  

Regionda altılıq platforması ideyası İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsindən sonra irəli sürülüb. Azərbaycan və Türkiyə liderləri bu ideyanın həyata keçməsində xüsusi təşəbbüskarlıq göstərirlər. 

 

Altılıq platformasının reallaşmasına mane olan iki əsas amil var. Bunlardan birincisi Gürcüstanın Rusiya ilə eyni platformada yer almaq istəməməsidir. İkincisi isə məhz İranın destruktiv mövqeyidir. Tehran 3+3 layihəsinin həyata keçməsini istəmir. Çünki bu, İranın Ermənistan üzərindəki təsirlərini, bilavasitə bölgədəki imkanlarını azalda bilər. 

 

Şübhəsiz ki, Tehran həm də İrəvana təsir etməyə, bu dövləti altılıq platforması ideyasından uzaqlaşdırmağa çalışır. Və əslində müəyyən qədər bunu bacarır. Belə demək mümkünsə, “Ermənistana zəhəri verən məhz İrandır”. 

 

Cənub qonşumuz regional əməkdaşlıqda maraqlı deyil. Bunu İran rəsmilərinin ritorikası da sübut edir. 

 

İndiki mürəkkəb geosiyasi durumda İran xarici işlər nazirinin açıqlaması daha çox regionda mövcudluğunu göstərməyə çalışmaq niyyətlidir. Nəzərə almaq lazımdır ki, İran daxilində davam edən aksiyalara və Rusiyaya verdiyi dəstəyə görə tədricən sivil dünyadan təcrid olunur. İrana qarşı tətbiq olunan sərt sanksiyalar mövcud iqtidarın işini hər ötən gün çətinləşdirir. Belə çətin bir vaxtda İran, heç olmasa, bölgədəki nüfuzunu qorumaq istəyir. 

 

Region ölkələrinin baş diplomatlarının indiki halda Tehrana səfəri İran hakimiyyətinə sərf edir. İran bu amildən öz reputasiyasını bərpa etmək üçün istifadə edəcək. Amma xarici işlər nazirlərinin yaxın vaxtlarda İranda toplaşması ağlabatan görünmür. İran daxilindəki və beynəlxalq siyasi konyuktura buna imkan vermir. 

 

Ümumiyyətlə, Abdullahianın açıqlaması situativ olmaqla həm də manipulyasiya xarakteri daşıyır. Onun bu bəyanatına bənd olmaq lazım deyil. İran həqiqətən də  regional əməkdaşlıqda maraqlıdırsa, onda Cənubi Qafqazın əsas aktoru olan Azərbaycanla münasibətləri normallaşdırmalı, ritorikasını dəyişməlidir. Bunu etməyənədək Tehranın regionla bağlı açıqlamalarında səmimilik axtarmağa dəyməz. 

 

Kənan Novruzov, 

siyasi ekspert






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.