Azərbaycanın Dövlət Müstəqilliyi bizdən ötrü hər şeydən və hər kəsdən daha vacibdir - “RUSİYADAN DA, UKRAYNADAN DA, NATO-dan DA!”
MİR ŞAHİN YAZIR

“Real” Təhlil və İnformasiya Mərkəzinin rəhbəri, Əməkdar jurnalist Mir Şahin Ağayev Facebook-da növbəti maraqlı qeyd paylaşıb. Əslində bu  qeydi onun dünyada və ətrafımızda baş verən hadisələrə reaksiyası və üz tutduğu auditoriyaya, xüsusən də sosial şəbəkələrdə daha çox yersiz boşboğazlıq və çərənçilik edənlərə tövsiyəsi və çağırışı da hesab etmək olar. 

 

Məşhur jurnalist konkret olaraq nələrdən, kimlərdən danışır və nələri təklif edir? 

 

Senzor.az REAL TV rəhbərinin bu və digər suallarınıza cavab tapacağınız həmin statusunu təqdim edir. Mütləq oxuyun...

 

**

Çox maraqlı və dünyadəyişən hadisələr baş verir! Rusiya öz maraqlarını, Ukrayna öz arzularını, NATO öz prinsiplərini qoruyur. İndi başlıcası reallıq hissini itirməmək, populizmdən, “laykpərvərlikdən” uzaq olmaq, müstəqil Azərbaycanı, onun əldə etdiyi Tarixi Qələbənin nəticələrini qorumaqdır. AZƏRBAYCAN haqqında düşünmək, DÖVLƏTİN gələcəyini düşünmək lazımdır!  

Zəfərlə bitmiş 44 günlük savaş yalnız statistikadır. Bu savaşın davamı hər birimizin cavabdehlik zonasında bu dəqiqənin özündə də baş verməkdədir. Hər kəs öz statusu, yazdığı remarka, adicə şərhə görə məsuliyyət daşımalıdır. 

 

Azərbaycanın Dövlət Müstəqilliyi bizdən ötrü Rusiyadan da, Ukraynadan da, NATO-dan da dəfələrlə artıqdır! Dedi-qodulara,  avantüralara, düşüncəsiz rəylərə, əsassız, altıboş ambisiyalara, cırtqoz yekəxanalığa qapılmaq təhlükəlidir! 

 

Allah Azərbaycanımızı qorusun! 

Amma həm də hər kəs Azərbaycanımızı qorusun! 

 

Reallıq hissini itirmək yalnız zərər verə bilər! Putin dünyanın ən güclü hərbi-siyasi birliyi-NATO ilə boş yerə üz-üzə gəlmir! Yeni beynəlxalq sahman arxitektorlarına da sadədil yanaşmayaq. Hər bir tərəf haqlıdır. Və ya hər bir tərəfin öz haqqı var. 

 

Bir sözlə, hər gecə Vətənimizi Qucaqlayıb yataq, hər səhər bu  bəxtəvərliyə şükr edərək oyanaq! Və bu sual barədə düşünək: 

“Azərbaycan Ermənistana bu boyda müharibədə necə qalib gələ bildi!?!!” 

 

Gəlin bu qələbəni ovcumuzda son dərəcə ehtiyatla saxlayaq! Yerə salmayaq! Salıb sındırmayaq! 

 

Kimsə Donetski, Luqanskı tanıdı. Aydındı! Biz də gəlin özümüzü tanıyaq! Azərbaycanımızı tanıyaq!

Əmin olaq! Ciddi olaq! Dövlətimiz naminə səfərbər olaq! Elə burda! Sosial şəbəkələrdə! İndi boşboğazlıq yeri və çərənçilik vaxtı deyil! Ağzınıza yox, ağlınıza güc verin!🙏🏻🇦🇿 Eşidirsiz???

 

Mir Şahin Ağayev,

REAL TV-nin rəhbəri






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.