“İranlı hakerlər ABŞ, İsrail və Aİ-nin müdafiə şirkətlərini təhdid edir" - “MİCROSOFT”DAN ŞOK AÇIQLAMA

“Microsoft” şirkəti İranla əlaqəli hakerlərin iyuldan indiyədək ABŞ, Avropa İttifaqı (Aİ) ölkələri və İsrailin müdafiə şirkətlərini təhdid etdiyini bildirib.
 
“Report” xəbər verir ki, korporasiya bu barədə öz saytında yazıb.
 
“Microsoft”un məlumatına görə, kiber cinayətkarları pilotsuz təyyarələr, peyklər və rabitə sistemləri ilə bağlı texnologiyalar maraqlandırır. Şirkət vurğulayıb ki, hücumların əksəriyyətinin qarşısı alınıb və hakerlər yalnız 20 şirkətin elektron parollarını qırmağa nail olublar.
 
“Microsoft”da əlavə ediblər ki, həmçinin Yaxın Şərqdə bizneslə məşğul olan dəniz və yük daşımaları sahəsində bir neçə şirkətin sistemləri də təhlükə altındadır.
 
Korporasiya hesab edir ki, İran kommersiya peyk görüntülərinə və özünün inkişaf etməkdə olan rabitə sisteminin çatışmazlıqlarını kompensasiya etmək üçün təchizat planlarına giriş əldə etməyə çalışır.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.