Azərbaycan vətəndaşlarını əməkdaşlığa cəlb etmək istəyən ermənilər necə ifşa olundular? – DTX XÜSUSİ ƏMƏLİYYAT KEÇİRİB
VİDEO

İctimai Televiziyada “Baş tutmayan tələ” sənədli filmi yayımlanıb.

 

Senzor.az bildirir ki, sənədli filmdə ermənilər tərəfindən yaradılmış “Henoket” analitik mərkəz barədə də məlumat verilib.

 

DTX rəsmisi qeyd edib ki, sözügedən analitik mərkəzin fəaliyyəti Azərbaycanın müdafiə qabiliyyəti barədə məlumatlar toplamaqdan ibarət olub.

 

Məlumata görə, sözügedən mərkəz Tiqran Abramyan tərəfindən yaradılıb. O, qondarma rejimin rəhbərinin sabiq müşaviri vəzifəsində işləyib.

 

DTX-da toplanmış materiallar əsasında həmin mərkəzdə çalışan, fəallığı ilə seçilən Alen Qulyan ətrafında əməliyyat tədbiri keçirilməsi barədə qərar qəbul edilib. Digərlərindən fərqli olaraq, Alen Qulyan sosial şəbəkələr vasitəsilə Azərbaycanda yaşayan şəxslərlə dostluq münasibəti yaratmağa cəhd götərib, əsasən, milli-etnik azlıqlara üstünlük verib.

 

Bu hal nəzərə alınaraq əməliyyat keçirilib. Belə ki, DTX ölkəmizdə yaşayan etnik azlıq nümayəndəsi obrazı yaradaraq onunla əlaqəyə keçib. O, yaradılan obrazla əlaqə quraraq çalışıb ki, müxtəlif hərbi hissələrdə özünə mövqelər yaratsın.

 

Bu şəxslərin məqsədi pul müqabilində Azərbaycan haqqında məlumatlar toplamaqdan ibarət olub.

 

Daha ətraflı videoda:









Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.