"MİR ŞAHİNİN VAXTI" - TÜRKİYƏDƏN XÜSUSİ BURAXILIŞ
YENİLƏNİB, VİDEO

Xəbər verdiyimiz kimi, “Real” Təhlil və İnformasiya Mərkəzinin rəhbəri, Əməkdar jurnalist Mir Şahin Ağayev müəllifi və aparıcısı olduğu populyar “Mir Şahinin vaxtı” verilişinin növbəti buraxılışını bütünlüklə Türkiyədəki məlum dağıdıcı zəlzələlərə və fəlakət zonalarında baş verən proseslərə həsr edib.  

 

Senzor.az indiyədək, adətən, həmin proqramda toxunulan hansısa məqamı qabardıb və oxuculara da məhz o hissəni təqdim edib. Ancaq bu dəfə... Müəllif elə məqamlara toxunub ki, onlardan hansınısa hansındansa ayırmağa əlimiz gəlmədi. Ona görə də, xüsusi buraxılışı bütöv şəkildə təqdim etmək  qərarına gəldik. 

 

Mütləq baxın. Düzdür, veriliş təxminən 1 saat çəkir və bu, kimlərəsə çox görünə bilər. Amma narahat olmayın. Çünki birnəfəsə baxılır. Yəni o bir saatın necə keçdiyini hiss də etməyəcəksiniz... 


**20:34(26.02.2023)


Kahramanmaraşda artıq başa çatmaqda olan xilasetmə işləri ilə bağlı bu gün şəhər valisi Ömər Faruk Coşqun qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə orada olan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevlə görüşüb.

 

Senzor.az FHN-in Mətbuat Xidmətinə istinadən bildirir ki, görüşdə zəlzələdən ciddi ziyan çəkmiş Kahramanmaraş bölgəsində hazırki vəziyyət, atılacaq növbəti addımlar, o cümlədən FHN-in bölgədə zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar fəaliyyəti müzakirə olunub.

 

Ö.F.Coşqun FHN-in qüvvələrinin işini yüksək qiymətləndirib, göstərilən dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan xalqına və xilasedicilərimizə təşəkkür edib. 

Görüşdə REAL TV-nin baş direktoru Mir Şahin Ağayevin rəhbərliyi ilə telekanalın çəkiliş qrupu da iştirak edib. 

 

Yeri gəlmişkən, zəlzələ bölgəsindən geniş məlumatlara bu gün saat 22:00-da efirə gedəcək “Mirşahinin vaxtı”nın xüsusi buraxılışında baxa bilərsiniz.

 

Qeyd edək ki, xüsusi buraxılış bütünlüklə zəlzələ zonasında baş verən son proseslərə həsr olunub.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.