
“Ukraynada müharibəni davam etdirən Rusiya Xəzər regionunun karbohidrogen ehtiyatları uğrunda mübarizədən geri çəkilməyi ağlına belə gətirmir. Analitiklərin fikrincə, son bir ildə Moskva Türkmənistanı öz enerji orbitinə qaytarmağa nail olub. Üstəlik, “Qazprom”un rəhbəri Aleksey Miller Kreml adından Aşqabada qətiyyətlə bildirib ki, Rusiya Türkmənistan qazının Azərbaycan vasitəsilə Avropaya nəqlinə imkan verməyəcək.
“Azadlıq radiosu”nun qazax xidməti xəbər verir ki, on ilə yaxındır türkmən qazının ən böyük alıcısı Çindir. Buna baxmayaraq, Rusiya Aşqabada müəyyən təsir rıçaqlarını bərpa edə bilib və indi onlardan istifadə etmək niyyətindədir.
Ekspertlərin fikrincə, paradoksal vəziyyət yaranır: qazla son dərəcə zəngin olan Türkmənistan ixrac marşrutlarının diversifikasiyasını asanlıqla təmin edə bilərdi, amma bunun əvəzinə Moskvaya özünü onun enerji orbitinə qaytarmasına imkan verir. Niyə?”.
Senzor.az bildirir ki, bu fikirlər Haqqin.az-ın şərhçisi İlkin Şəfiyevin həmin saytda yayımlanan təhlili yazısından götürülüb.
Maraqlananlar yazının tam mətnini bu linkdən (https://haqqin.az/news/275918) oxuya bilərlər.