3+3 formatı bizim diqqətimizdədir - LAVROV
YENİLƏNİB

3+3 formatı (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) bizim diqqətimizdədir.


Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda keçirilən Rusiya-Azərbaycan Ekspert Şurasının 3-cü iclası çərçivəsində "XXI əsrdə Rusiya-Azərbaycan münasibətləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq" adlı konfransın açılışında deyib.


"İndiyədək 3+3 formatında yalnız bir görüş olub. Gürcüstan iştirakdan imtina edib, lakin biz Gürcüstan üçün qapını həmişə açıq saxlayırıq", - deyə o əlavə edib.

**15:25

Rusiya Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpa olunmasında aktiv iştirak etməyə hazırdır.


Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlarının yekunları ilə bağlı birgə mətbuat konfransında bildirib.


“Rusiyanın iqtisadi operatorları bundan sonra da Azərbaycanın ərazilərinin münaqişə sonrası bərpasında aktiv iştirak etməyə hazırdır”, - deyə Rusiya XİN başçısı vurğulayıb.


**15:05

Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanda yerləşdirilən Avropa İttifaqı missiyasının legitimlik nöqteyi-nəzərindən ciddi şübhə doğurduğunu söyləyib.


Bu barədə Lavrov Azərbaycan XİN başçısı Ceyhun Bayramovla danışıqlarının yekunlarına dair keçirdiyi birgə mətbuat konfransında deyib.


“Brüsseldən səslənən elanları detalları şərh edə bilmərik. Biz Avropa İttifaqının Ermənistan və Azərbaycanla olan münasibətlərindən necə sui-istifadə etdiyini görürük. O cümlədən, Ermənistanda yerləşdirilən Avropa İttifaqı missiyasının legitimlik nöqteyi-nəzərindən ciddi şübhə doğurduğunu görürük. O cümlədən, onun funksiyası, mandatı, onun müddəti, bu missiyanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına göstərilən səylərə əlavə dəyər qatacağı çoxlu suallar doğurur. Lakin kimlərlə əməkdaşlıq edib-etməmək tərəflərin suveren seçimidir. Biz, həm bugünkü danışıqlarda, həm də dünən Prezident İlham Əliyevlə danışıqlarda vurğuladıq ki, bütün fəaliyyətlərimizdə başlıca prinsip olan “ziyan vurmamaq”, “yardım” prinsipini rəhbər tuturuq”, - Rusiya XİN başçısı qeyd edib.


Lavrov regiondan kənar oyunçuların nəyinsə xeyrinə deyil, kiminsə əksinə işləmək istədiklərini qeyd edib:


“Biz bunu görürük. Əminəm ki, prosesə birbaşa cəlb olunan tərəflər də görür”, - o əlavə edib.


**13:56

“Azərbaycanla Rusiya arasında müttəfiqliklə bağlı əməkdaşlığın dərinləşməsi bütün regiona müsbət impuls verəcək”.


Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.


S.Lavrov qeyd edib ki, ölkələr siyasi, iqtisadi və ticari əməkdaşlığı fəal şəkildə inkişaf etdirir: “Belə ki, ilin sonunda ticarət dövriyyəsinin rekord həcmdə olacağı, həmçinin yanacaq və bir sıra digər sahələrdə əməkdaşlığın artacağı gözlənilir”.


Onun sözlərinə görə, tərəflər həmçinin “Şimal-Cənub” layihəsi çərçivəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər.


Rusiya XİN rəhbəri əlavə edib ki, Rusiya Azərbaycanın postmünaqişə dövründə inkişafına bundan sonra da müsbət təsir göstərməyə hazırdır.

**13:28

“Azərbaycanla Rusiya arasında son 30 ildəki əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş dostluq və mehriban qonşuluq münasibətlərinin mütərəqqi inkişafı kimi xarakterizə etmək olar”.


Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib.


“Bu gün biz ətraflı müzakirələr apardıq, ikitərəfli münasibətlərə dair geniş spektrli məsələləri müzakirə etdik, ötən ilin yekunlarına və bu il üçün planlara yekun vurmaq imkanı əldə etdik”, - azərbaycanlı nazir bildirib.


O xatırladıb ki, ötən il ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunub.


“Ölkələrin əməkdaşlığını strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş mehriban qonşuluq münasibətlərinin mütərəqqi inkişafı kimi xarakterizə etmək olar. Bu kontekstdə ötən il imzalanmış Bəyannamə bu 30 illik tarixi dövrün məntiqi nəticəsidir”, - Azərbaycan XİN rəhbəri vurğulayıb.


Nazirin sözlərinə görə, Azərbaycan ilə Rusiya arasında çox etibarlı münasibətlər qurulub.

**12:12

Xarici işlər naziri Ceyhun Bayramovla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında geniş tərkibli görüş başlayıb.


Senzor.az-ın məlumatına görə, bu barədə Azərbaycan XİN-in tvitter səhifəsində paylaşılıb.


Xatırladaq ki, S.Lavrov ötən gündən etibarən Bakıda səfərdədir.

**11:23

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş başlayıb.


Senzor.az xəbər verir ki, nazirlər dövlətlər arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini, eləcə də aktual regional məsələləri müzakirə edirlər.


Bu gün S.Lavrov Rusiya-Azərbaycan Ekspert Şurasının üçüncü iclası çərçivəsində “XXI əsrdə Rusiya-Azərbaycan münasibətləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq” mövzusuna həsr olunan konfransda da iştirak edəcək.

**11:12

Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 28-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.


Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova teleqram kanalında yazıb.


Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.


S.Lavrov həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.