Sabiq məmurların müsadirə olunmuş əmlakları niyə geri qaytarılır? - BAŞ PROKUROR REAL TV-yə MÜSAHİBƏSİNDƏ BU VƏ DİGƏR MƏSƏLƏLƏRƏ AYDINLIQ GƏTİRDİ
VİDEO

“2022-ci ildə Azərbaycanda cinayətkarlıqla bağlı vəziyyət stabil olub, cinayətkarlığın açılması faizi isə kifayət qədər yüksəkdir. Burada xüsusən prokurorluq, daxili işlər və ümumiyyətlə hüquq-mühafizə orqanlarının birgə fəaliyyətini qeyd etmək istərdim”.

 

Senzor.az bildirir ki, bunu REAL TV-nin “Mir Şahinin vaxtı” proqramı üçün verdiyi geniş müsahibəsində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev deyib.

 

Baş prokuror müsahibə boyu bir çox məsələlərlə yanaşı, Azərbaycanın İrandakı səfirliyinə terror hücumu barədə də danışıb. REAL TV-nin rəhbəri, eyni zamanda yuxarıda adıçəkilən proqramın müəllifi və aparcısı Mir Şahin Ağayevin bununla bağlı sualına cavab verən K.Əliyev qeyd edib ki, diplomatik korpusa silahlı hücumla əlaqədar işin halları göstərir ki, həmin şəxs tək olmayıb. Bu, təşkil olunub.

 

O vurğulayıb ki, cinayətin bütün iştirakçıları, sifarişçiləri və icraçıları məsuliyyətə cəlb edilməlidir: “Bununla bağlı artıq biz Dövlət Təhlükəsizlik Xidməti ilə birgə İran tərəfinə hüquqi yardım haqqında vəsatət hazırlayırıq. Danışığımız əsasında həmin vəsatət göndəriləcək və zərurət yaranarsa, bizim prokurorluq və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları ora ezam olunacaqlar. O işin gedişatını biz daima nəzarətdə saxlayacağıq”.

 

Baş prokuror onu da əlavə edib ki, Azərbaycanın İrandakı səfriliyinə qarşı silhalı hücumla bağlı bir çox qaranlıq məqamlar var: “Hücum edən şəxsin yarım saatdan artıq müddətdə bizim diplomatik korpusa silahlı basqın etməsi və buna qarşı polis və təhlükəsizlik xidməti orqanları tərəfindən heç bir tədbirin görülməməsi, “Kalaşnikov” tipli avtomatın bu şəxs tərəfindən necə əldə edilməsi... Bildiyiniz kimi, onun hətta iki odlu silahı olub”.

 

K.Əliyev yüksəkvəzifəli şəxslərin müsadirə olunmuş əmlaklarının geri qaytarılması məsələsi ilə bağlı sualı da cavablandırıb. 

 

O bildirib ki, bütün bu məsələlər Prokurorluq tərəfindən diqqətlə öyrənilir. Bununla bağlı zəruri tədbirlərin görülməsi, yəni Prokurorluq tərəfindən protestlərin verilməsi nəzərdən keçirilir.

 

“Tərtər işi”ndən danışarkən K.Əliyev təəssüflə bildirib ki, bəzi şəxslər bu məsələdən öz çirkin məqsədləri üçün istifadə etməyə cəhd edirlər: “Bu işi gündəmdə saxlamaqla bir növ özlərini gündəmdə saxlamağa cəhd edirlər. Bu, yolverilməzdir. Hesab edirəm ki, insanların hissləri ilə manipulyasiya etmək özü bir mənəviyyatsızlıqdır”.


Baş prokuror Naxçıvan Prokurorluğunda vətəndaşların şikayətləri əsasında başlanan cinayət işlərindən də bəhs edib: “Baş Prokurorluq Naxçıvan Muxtar Respublikasının Prokurorluğunun yeni rəhbərliyi ilə birgə vətəndaşlardan daxil olan ərizə və şikayətləri diqqətlə araşdırır. Hal-hazırda həmin ərizə və şikayətlər əsasında bir neçə cinayət işi başlanılıb. Gələcəkdə istintaqın gedişatı barədə ictimaiyyətə məlumat veriləcək”.

 

K.Əliyev həmçinin bildirib ki, Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanlarında saflaşdırma işləri davam etdiriləcək: “Həm Baş Prokurorluğun, həm də Naxçıvan Muxtar Respublikasının Prokurorluğunun əməkdaşlarından ibarət birgə istintaq qrupları yaradılıb. Hesab edirəm ki, bu işlərin də kifayət qədər səmərəsi olacaq”. 


Daha ətraflı müsahibədə:






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.