
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi, "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsisçisi və sədri Hacı Şahin Həsənli dəfn edilib.
Senzor.az xəbər verir ki, Məşədi Dadaş məscidində təşkil olunan vida mərasimindən sonra o, “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, o, bu gün səhər saatlarında ürək tutmasından vəfat edib.





**12:12

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi, "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsisçisi və sədri Hacı Şahin Həsənli ilə vida mərasimi keçirilir.
Vida mərasimi Məşədi Dadaş məscidində təşkil olunub.
Vida mərasimindən sonra Hacı Şahin Həsənli “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.


**09:42

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli dünyasını dəyişib.
Senzor.az bildirir ki, bu barədə ilahiyyatçının rəsmi “feysbuk” səhifəsində məlumat verilib.
"Böyük hüzn və kədərlə bildirmək istəyirik ki, bugün səhər saatlarında Hacı Şahin Həsənli dünyasını dəyişdi. İctimaiyyətə əlavə məlumat veriləcək", - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, 48 yaşlı Hacı Şahin Həsənli “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin təsisçisi və sədri, eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi idi.
Qeyd edək ki, Hacı Şahin son mənzilə Məşədi Dadaş məscidindən yola salınacaq.
Allah rəhmət eləsin!