Blinken Kremli xüsusi əməliyyatı dayandırmağa çağırdı
"ABŞ RUSİYA İLƏ ƏMƏKDAŞLIĞA HƏMİŞƏ HAZIRDIR"

ABŞ dövlət katibi Entoni Blinken G20 tədbiri çərçivəsində Sergey Lavrovla danışığında Rusiya Federasiyasını Ukrayna ərazisində xüsusi hərbi əməliyyatı dayandırmağa və diplomatik dialoqa çağırıb.

 

Senzor.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə Blinken mətbuat konfransında açıqlama verib.

 

"Mən təcavüzkar müharibəni bitirməyin, ədalətli və davamlı sülhə gətirib çıxara biləcək mənalı diplomatiyaya başlamağın vacibliyini söylədim", - deyə dövlət katibi bəyan edib.

 

Entoni Blinken həmçinin bildirib ki, dünyada və ölkələr arasında münasibətlərdə baş verən hadisələrə baxmayaraq, ABŞ hər zaman strateji nüvə silahlarına nəzarət sahəsində əməkdaşlığa hazır olacaq: "Eynilə ABŞ və Sovet İttifaqı kimi... Onlar bunu hətta soyuq müharibənin qızğın vaxtında da ediblər".

 

Qeyd edək ki, G20 sammiti çərçivəsində Blinken Lavrova müraciət edərək Rusiya tərəfini Strateji Silahların Azaldılması Müqaviləsində (START) iştirakını dayandırmaq qərarını ləğv etməyə çağırmışdı.

 

ABŞ Dövlət Departamentinin nümayəndələrindən birinin sözlərinə görə, Blinken və Lavrov sammit zamanı 10 dəqiqədən az danışıblar. Həmçinin, dövlət katibi Rusiya Federasiyasının Xarici İşlər Naziri ilə söhbətində onu da qeyd edib ki, ABŞ lazım olduğu müddətdə Ukraynanı dəstəkləyəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.