Bəxtiyar Hacıyevin “yerli vikiliksi” və... VİCDANLA, İNAMLA, İMANLA YAŞAMAĞIN HACI ŞAHİN YOLU...
MİR ŞAHİN NİYƏ MƏHZ ONLARDAN DANIŞDI?

“Bəxtiyar Hacıyevin “yerli vikiliksi” öz başında çatladı. Amma mən bu barədə dərinliyə varmayacam. Sadəcə bir məsələyə diqqətinizi cəlb edəcəm. Hamıya insan hüquqları, mədəniyyət və sivil dünyadan danışan, Qərbdən dəstək alaraq guya daha proqressiv gələcək vəd edən bir insan əslində kimmiş... Bir kişi kimi başa düşməyə də çalışıram, lap elə tutaq ki, şəxsi həyatın ola bilər... olub nə vaxtsa. Niyə bütün bunları videoya çəkib saxlamısan? Axı siz dövlətin başına gəlməyə iddialılardansız. Dövlət isə ailənin böyük şəklidir. Deməli, siz bu böyük ailədə xalqın başına bu oyunu gətirmək üçün başçı olmaq istəyirsiz. “Bəxtiyar Harvardı gözdən saldı” deyənlərlə nə razı, nə də narazıyam. Məncə, Bəxtiyar bir kişi olaraq hamımızı gözdən saldı. Bu baxımdan bir zamanlar onu müdafiə edən, ona inanan, inanaraq arxa çevirib rahat yatan insanların bugünkü peşimançılığını, məyusluğunu başa düşürəm...”.

 

Senzor.az bildirir ki, bunları Real Təhlil və İnformasiya mərkəzinin rəhbəri Mir Şahin Ağayev müəllifi və aparıcısı olduğu populyar “Mirşahinin vaxtı” proqramının martın 5-də efirə gedən buraxılışında deyib. 

 

Məşhur jurnalist daha sonra bildirib: “Baxın, Qərb məhz Bəxtiyar kimiləri Azərbaycanda hakimiyyətə gətirmək istəyir. Onu Hilari Klinton, deyəsən, bir neçə gün əvvəl növbəti dəfə müdafiə etmişdi. Və bu Hilari məhz o Klintondur ki, Bəxtiyar Hacıyevin təhsil alması üçün Azərbaycandan dövlət büdcəsindən qrant ayrılmasını xahiş etmişdi. Azərbaycan dövləti eksperiment dovşanı deyil. Və bu xalq bu ölkəni ona görə çadır düzündən Cıdır düzünə gətirib çıxarmayıb ki, hansısa naşıların ixtiyarına, daha doğrusu, avtopilota buraxsın”. 

 

Mir Şahin Ağayev bu məqamda vurğulayıb ki, vicdanla, inamla, imanla, dövlətə sədaqətlə yaşamağın Hacı Şahin yolu da var: “Bu həftə qəflətən vəfat edən Hacı Şahini mən ilk növbədə Azərbaycana sevgisinə görə ehtiram bəsləmişəm. Məsələn, səfirliyimiz İranpərəst qüvvələrin hücumuna məruz qalanda, o, imamı olduğu Məşədi Dadaş məscidində bir Bayraq Dənizi yaratdı.


Bütün fəaliyyəti boyu mən onu qiblənaməsində öndə Azərbaycan olmaqla gördüm. Tehrandakı səfirliyimizə qarşı İran hakimiyyətinin himayəsi ilə həyata keçirilən terror aktına onun münasibəti birmənalı olmuşdu.


Və bu gün İranda ayrı-ayrı məqsədli dairələrin ona təziyə saxladıqları barədə məlumatlar yayanlar öz aləmlərində bu yolla Hacı Şahini inhisara almaq, bir növ İran şiəliyinin tərkibinə qatmaq istəyirlər. Amma bu alınmayacaq. Çünki Hacı Şahini azərbaycançı dindarlar təpədən dırnağa bir Azərbaycan sevdalısı tək tanıyırdılar. Hacı Şahinin mənə yazdığı mesajlar çoxdur. Elələri var ki, sadəcə mənədir. Amma eləsi də var ki, onu mənim şəxsimdə hər kəsə yaza bilərdi. Dekabr ayının 31-də yazdığı mesajı oxuyuram. Qoy Hacı Şahinin, dostumuzun hər birimizə vida müraciəti olsun.


Salam. Sizi və ailənizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə ürəkdən təbrik edir, yeni sevinc, yeni nəaliyyətlər arzu edirəm. Allahın yardımı ilə, dövlətimizin uğurları daha da artsın, gücü daha da çoxalsın, bütün ağrı-acılar köhnə illə birlikdə keçmişdə qalsın, yeni il isə hər bir Azərbaycanlının evinə mənəvi hüzur, sağlamlıq, ruzi-bərəkət gətirsin.

 

Rahatlıq və Hüzur. Baxın, bir marketə hücum edən, qətl törədən bir neçə nəfərin günahından hüzurumuz pozuldu. Fəvvarələr Meydanında, xüsusilə mürəkkəb şəraitdə əməliyyat aparan polisimiz caniləri zərəsizləşdirənə, yaxalayana qədər necə narahat idik. Ölkə mediası faktiki olaraq hadisəni onlayn rejimdə təqdim etdi. Hər birimiz nigaran idik. Polis sadəcə möhtəşəm oldu. Asayişimiz, deməli, rahatlıq və hüzurumuzun bərpası üçün hər şey operativ qaydada edildi. Hacı Şahinin arzusu da hüzur və rahatlıqdır. Ruhu rahatlıq tapsın... Qoşulmama Hərəkatı həftəsində Hacı Şahini mən müəyyən mənada siyasiləşmiş İran məzhəbçiliyinə Qoşulmayanların rəmzi kimi yad edirəm. O İslam dininin Azərbaycan qavrayışının yaxşı tərcümanı idi. Yəqin elə buna görə də məzarı başındakı şəkildə arxa fon Azərbaycan bayrağıdır. Asayişimiz Azərbaycan, Azərbaycanımız xalq üçündür. Qiblə vacibdir. Çox vacibdir. Amma üzü qibləyə dayanmaqdan ötrü Azərbaycan vacibdir...”. 







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.