
Qarabağda yaşayan bir qrup erməni Rusiya Sülhməramlı Kontingentinin (RSK) qərargahının yerləşdiyi Xankəndi aeroportunun qarşısında aksiya keçirib.
Senzor.az bildirir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Etirazçılar sülhməramlılardan “birbaşa vəzifələrini yerinə yetirməyi” tələb edirlər.
Aksiya iştirakçıları əllərində “Bizə əsl sülhməramlılar lazımdır”, “Bütün hüquqlarımız pozulub”, “Siz haradasınızsa, orada sülh var?” yazılmış plakatlar tutublar.
KİV-in məlumatına görə, etirazçılar bir neçə saat ərzində sülhməramlıların qərargahına giriş-çıxışı bağlayacaqlar. Onlar sülhməramlı kontingentin nümayəndəsi ilə görüşü gözləyirlər.
Senzor.az