ABŞ kəşfiyyatı Bakı ilə İrəvan arasındakı münasibətlərin perspektivi haqda – "SÜLH SAZİŞİ OLMADAN..."
PROQNOZ

Ermənistan və Azərbaycan arasında münasibətlər "sülh sazişi olmadan, çox güman ki, gərgin və qeyri-sabit olaraq qalacaq".

 

Turan-ın Vaşinqtondakı müxbiri bildirir ki, ABŞ kəşfiyyat qurumlarının proqnozu belədir. 

 

MKİ, FKB, Ədliyyə Nazirliyinin Kəşfiyyat İdarəsi və Milli Təhlükəsizlik Agentliyinin rəhbərləri çərşənbə günü illik qlobal risklər icmalını Konqresə təqdim ediblər.

 

Ermənistan və Azərbaycan münaqişəsi ilə bağlı müəlliflər dövlətlər arasındakı sərhəddə hərbçilərin qarşıdurmasını, atəşkəs mexanizminin olmamasını və "Azərbaycanın Ermənistanla danışıqlarda öz məqsədlərinə nail olmaq üçün hərbi təzyiqdən istifadə etməyə hazır olduğunu" qeyd ediblər.

 

"Silahlı qüvvələrin sərhədin bilavasitə yaxınlığında olması Ermənistan və Azərbaycan arasında silahlı qarşıdurma riskini artırır, baxmayaraq ki, bu cür toqquşmaların müddəti və intensivliyi məhdudlaşacaq", - deyə məruzədə bildirilib.

 

Məruzədə xatırladılıb ki, 2021-ci ilin mayından etibarən dövlətlər arasındakı sərhəddə və Qarabağ regionu ətrafında hərbi toqquşmalar baş verir. Ən intensiv atışma 2022-ci ilin sentyabrında baş verib və bu, 300-ə yaxın hərbi qulluqçunun həlak olmasına gətirib çıxarıb.

 

"Sülh danışıqlarında müəyyən irəliləyiş əldə olunub, amma dövlət sərhədləri və Dağlıq Qarabağın gələcəyi ilə bağlı ən mürəkkəb məsələlər həll olunmaqdan  uzaqdır", - deyə məruzədə vurğulanıb.

 

ABŞ-ın kəşfiyyat qurumlaı Rusiya və Ukrayna müharibəsi, Çinin Şərqi Asiyada aparıcı dövlətə və böyük dünya oyunçusuna çevrilmək cəhdi ilə bağlı da proqnozlar veriblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.