Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünə razılıq verəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan finlandiyalı həmkarı ilə birgə mətbuat konfransında məlumat verib.
Prezident qeyd edib ki, Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı Türkiyə parlamentində prosedur başlayacaq.
Türkiyə lideri, həmçinin Finlandiyanın NATO-ya töhfə verəcəyini söyləyib.
Ərdoğan, eyni zamanda İsveçin NATO-ya üzv olmasının onun hərəkətlərindən asılı olacağını bildirib.