Beynəlxalq Cinayət Məhkəməsi Putinin həbsinə order verdi – RUSİYA XİN-dən REAKSİYA

Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putinin həbsinə order verib.

 

Senzor.az bildirir ki, bu barədə BBC News xəbər yayıb.

 

“Bu gün, 17 mart 2023-cü ildə Beynəlxalq Cinayət Məhkəməsinin İkinci Məhkəməyə qədərki Palatası Ukraynadakı vəziyyət kontekstində iki nəfərin həbsinə order verib: cənab Vladimir Vladimiroviç Putin və xanım Mariya Alekseyevna Lvova-Belova” – deyə məhkəmənin press-relizində deyilir.

 

Beynəlxalq Cinayət Məhkəməsi izah edib ki, Putin və Lvova-Belova ukraynalı uşaqları qanunsuz deportasiya etməkdə şübhəli bilinirlər.

 

Beynəlxalq Cinayət Məhkəməsinin hakimləri əlavə ediblər ki, Prezident Vladimir Putinin 24 fevral 2022-ci il tarixindən sonra Ukraynanın işğal edilmiş ərazilərindən əhalinin (uşaqların) qanunsuz deportasiyası və Rusiyaya köçürülməsi kimi hərbi cinayətə görə şəxsən məsuliyyət daşıdığını əsaslandırmaları üçün kifayət qədər arqumentləri var.

 

“Rusiya Beynəlxalq Cinayət məhkəməsini tanımır və onun əsas sənədini, Roma Nizamnaməsini imzalamayıb”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Maria Zaxarova xəbərə reaksiya verərkən xatırladıb.

 

"Beynəlxalq Cinayət Məhkəməsinin qərarları ölkəmiz üçün heç bir əhəmiyyət kəsb etmir, o cümlədən hüquqi baxımdan. Rusiya Beynəlxalq Cinayət Məhkəməsinin Roma əsasnaməsinin iştirakçısı deyil və onunla bağlı heç bir öhdəlik daşımır", -  deyə Zaxarova sosial şəbəkələrdə vurğulayıb.

 

Qeyd edək ki, Mariya Alekseyevna Lvova-Belova Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkilidir.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.