Aİ Türkiyəyə dəstək konfransı keçirir -
RUSİYANI DƏVƏT ETMƏDİLƏR

Avropa Birliyi Türkiyə və Suriyadakı zəlzələ bölgələrinə maliyyə dəstəyi toplamaq üçün sabah Belçikanın paytaxtı Brüsseldə Beynəlxalq Donorlar Konfransı keçirəcək.

 

Senzor.az Türkiyə mətbuatına istinadən bildirir ki, Avropa İttifaqının (Aİ) elan etdiyi konfrans Türkiyənin koordinasiyası ilə Aİ Komissiyası və Avropa Şurasının müvəqqəti sədri İsveç tərəfindən birgə təşkil edilib.

 

Konfransa Avropa İttifaqına üzv, namizəd və potensial namizəd ölkələr, qonşu və tərəfdaş ölkələr, Rusiya istisna olmaqla G20 üzvləri, Körfəz Əməkdaşlıq Şurasının üzvləri, Birləşmiş Millətlər Təşkilatı (BMT), humanitar fəaliyyət göstərənlər, Avropa və beynəlxalq maliyyə qurumları dəvət olunub.

 

Konfransın açılışında Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və İsveçin Baş naziri Ulf Kristersson çıxış edəcəklər.

 

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov konfransda iştirak edəcək.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.