Paşinyandan iki Novruz təbriki: BİRİ İRAN HAKİMİYYƏTİNİN RƏHBƏRLƏRİNƏ, DİGƏRİ...
FOTO

Ermənistanın baş naziri Nikol Paşinyan Novruz bayramı münasibətilə 2 təbrik mesajı göndərib.

 

Senzor.az Ermənistan mətbuatına istinadən bildirir ki, mesajlardan biri İran hakimiyyətinin rəhbərlərinə - ali dini lider Əli Xameneiyə və prezident İbrahim Rəisiyə ünvanlanıb.

 

Həmin mesajda deyilir ki, " Ermənistan-İran münasibətlərinin kökü əsrlərə gedib çıxır və bu gün qarşılıqlı etimad və hörmətə əsaslanır". 

N.Paşinyan mesajında yaxın gələcəkdə ikitərəfli gündəliyi əhəmiyyətli dərəcədə genişləndirə biləcəklərini və bunun iki ölkə xalqlarının rifahı naminə münasibətlərin dərinləşməsi üçün mühüm stimul olacağına ümid etdiyini bildirib.

 

Baş nazir əmindir ki, hazırkı qarşılıqlı fəaliyyət kursunun davam etdirilməsi ilə tərəflər müxtəlif sahələr üzrə birgə işlərə yeni təkan verə biləcəklər.

 

Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra İran Ermənistanla təkcə siyasi sferada deyil, hərbi və iqtisadi sahədə də əməkdaşlıqları xeyli gücləndirib.

 

N.Paşinyanın digər təbriki isə Ermənistandakı azsaylı kürd icmasına ünvanlanıb. 

 

O, Ermənistanın kürd icmasının nümayəndələrinə ölkənin firavan gələcəyinə ümid və inam, icmaya isə uğurlar və yaxşı təşəbbüslərin həyata keçirilməsini arzulayıb. 

Xatırladaq ki, Ermənistanda kürd icması üzvlərinin sayının 4-5 min nəfər olduğu bildirilir. Onların əksəriyyəti yezidilərlə eyni dinə (şərfadin - günəşə ibadət növü) etiqad edir, lakin özlərini kürd adlandırırlar. Cəmiyyətin yalnız kiçik bir hissəsi islamı qəbul edir.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.