ÇİN RUSİYA VƏ UKRAYNANIN XİLASKARINA ÇEVRİLƏCƏKMİ?
ELXAN ŞÜKÜRLÜ YAZIR

Ölkələrin, xalqların əksəriyyəti təbiətin yenilənmə və oyanış dövrünü qarşıladığı bir vaxtda Asiya nəhəngi Çin də dünyaya öz oyanışını təqdim edir. 

 

Bu ölkənin rəhbəri Si Cinpinin hazırda Rusiyaya səfərinin, demək olar ki, hər anını dünyanın ən böyük informasiya agentlikləri, media resursları böyük maraq və həyəcanla izləyirlər. 

 

Səbəbsə bəllidir – Çinin tutacağı qəti mövqe Ukrayna üzərində 1 idir aparılan Qərb-Rusiya savaşının taleyinə təsir göstərməklə, “çoxqütblü dünya” tərəfdarlarıyla “təkqütblü dünya” tərəfdarları arasındakı güc balansını da dəyişmək iqtidarındadır.

 

Əgər ikigünlük səfəri müddətində Çin lideri Rusiyanın çox böyük ehtiyac duyduğu və gözlədiyi hərbi-iqtisadi dəstəyi verəcəksə, bu, Putinə qarşıdakı aylarda Ukraynada gözlənilən böyük toqquşmadan uğurla çıxmaq, Qərbin öldürücü sanksiyalarının təsirini xeyli azaltmaq və Ukrayna savaşını daha 1 il uzatmaq imkanı qazandıracaq. Bu halda isə “resursları tükəndirmə savaşı”nda Rusiya Federasiyasının ərazisinə planlaşdırılan sosial narazılıq və ictimai təzyiq dalğası tədricən Qərb koalisiyasında birləşmiş ölkələrin öz daxillərinə sıçrayacaq. 

Eyni zamanda, Çin lideri Rusiya ilə Ukrayna arasında atəşkəs razılaşmasının əldə edilməsi imkanlarına görə də artıq hər kəsdən bir addım öndədir. Çünki Ukrayna prezidenti Zelenski də qarşıdakı aylarda gözlənilən və çoxsaylı kütləvi qırğınlarla müşayiət olunacaq həlledici savaşdan onu yalnız Çin liderinin yayındıra biləcəyini anlayır və bu səbəbdən Si Cinpinlə görüşə can atır. Əgər ABŞ-ın Bayden administrasiyası növbəti dəfə Zelenskiyə təsir göstərib, onu danışıqlardan geri çəkməzsə, İran və Səudiyyəni bir araya gətirən Çin lideri Rusiya-Ukrayna arasında da çox uğurlu bir vasitəçiyə çevrilə bilər. 


Hələliksə, Qərbin bu səfər öncəsi atdığı addımlara və informasiya-təbliğat şantajlarına baxmayaraq, Putinlə keçirilən 4,5 saatlıq görüşdən və ardınca da Rusiya hökumət təmsilçiləriylə Çin nümayəndə heyəti arasında aparılan danışıqların mətbuata açıqlanan hissələrindən aydın görünür ki, Çin lideri ABŞ-ın bütün təzyiqlərinə qarşı Rusiya ilə birgə çıxış etməkdə qərarlıdır və o, zəngin xammal və torpaq resurslarına sahib Rusiyanı öz səfinə çəkməkdə yaranmış bu tarixi fürsəti qətiyyən qaçırmaq niyyətində deyil. 


İndi Çin həm savaş, həm də sülh variantında həm Ukraynanın, həm də Rusiyanın xilaskarına çevrilir.


Əsas rəqibləriylə birbaşa döyüşə girmədən savaşları qazanmaq siyasəti qədim Çin tarixinin dəyişməz qaydalarındandır və müdrik Si Cinpin də əzəmətli ölkəsinin bu dəyişməz qaydasına çox məharətlə əməl edir. 

 

Şübhəsiz ki, Çin-Rusiya münasibətlərinin möhkəmlənməsi Qərbin hər iki ölkəyə qarşı yeni qarşıdurma meydanına və silaha çevirmək istədiyi Türk Dövlətləri Təşkilatında (TDT) birləşmiş dövlətlərin də mövqelərini qətiləşdirməsinə ciddi təsir göstərəcək. Xüsusən də qardaş Türkiyədə keçirilən seçkilərdə hazırki prezident Ərdoğan qalib gələrsə, bu, “çoxqütblü dünya” tərəfdarlarının mövqeyini daha da gücləndirmiş olmaqla, Qərb imperializminin hökmranlığına öldürücü zərbə vurmuş olacaq.

 

Günəş Şərqdən doğur, Qərbdə qürub edir. Təbiətin nizamını pozanları həmişə təbiət özü cəzalandırar.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.