Bakının Nərimanov rayonunda, “Metro-City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğın söndürülüb.Senzor.az-ın məlumatına görə, hazırda yanğınla əlaqədar müvafiq qurumlar tərəfindən araşdırmalar aparılır.
**10:37
Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən obyektlərdə yanğın lokallaşdırılıb.
Senzor.az bildirir ki, hazırda soyutma işləri aparılır.
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Əkbər Novruzov deyib ki, bir neçə ticarət obyektində baş verən yanğın 300 kv ərazini əhatə edib.
Onun sözlərinə görə, yanğının söndürülməsinə 21 yanğın avtomobili və 105 nəfər şəxsi heyət cəlb olunub.
**10:18Bakının Nərimanov rayonunda yerləşən “Metro-City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğınla əlaqədar yaxınlıqda yaşayan insanlar təxliyə edilir.
“Report” xəbər verir ki, yanğının miqyası böyüyərək digər ticarət obyektlərinə də keçib.
Hazırda hadisə yerinə 10-a yaxın yanğınsöndürmə maşını cəlb olunub.
Hadisə yerinə Bakı Şəhər İcra Hakimiyyətinin və digər dövlət qurumlarının rəsmiləri gəliblər.
Yanğınla əlaqədar metronun "Nəriman Nərimanov" stansiyasının giriş-çıxışlarından biri bağlanıb.
**09:26
Bakıda, metronun “Nərimanov” stansiyası yaxınlığında yerləşən “Metro- City” ticarət mərkəzində yanğın başlayıb.
Senzor.az bildirir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən obyektlərdə yanğın olması barədə məlumat daxil olub.
Məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.
Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
İlhamə Əbülfət
Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə isə, ticarət mərkəzində baş verən yanğınla əlaqədar Ağa Nemətulla küçəsindən Təbriz küçəsinə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub. Ərazidə nəqliyyat sıxlığının yaranmaması üçün zərurət olmadığı halda bu istiqamətdə minik avtomobili ilə hərəkət etməmək tövsiyə edilir.