Rusiya və Çin liderlərinin Kremldəki danışıqları başa çatdı – MOSKVA PEKİNİN SÜLH PLANINA “HƏ” DEDİ

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Çin lideri Si Cinpin arasında keçirilən danışıqlar təxminən üç saatdan sonra başa çatıb.

 

Senzor.az bildirir ki, əvvəlcə nümayəndə heyətləri üzvlərinin iştirakı ilə məhdud tərkibdə 1,5 saatdan çox davam edən görüş daha sonra geniş tərkibdə davam etdirilib.

 

Putin görüşün mətbuata açıq hissəsində deyib ki, Rusiya Asiya, Afrika və Latın Amerikası ölkələri ilə hesablaşmalarda Çin yuanından istifadənin tərəfdarıdır. O qeyd edib ki, 2022-ci ildə Rusiya ilə Çin arasında ticarət dövriyyəsi tarixi rekorda - 185 milyard dollara çatıb.

 

Putin vurğulayıb ki, Moskva Rusiyanın Çin bazarına ərzaq ixracının artımına ümid edir.

 

Onun sözlərinə görə, Moskva və Pekin İT, şəbəkə təhlükəsizliyi və süni intellekt sahəsində dünya liderləri ola bilərlər.

 

Danışıqlar iki ölkə arasında hərtəfəli tərəfdaşlıq və strateji qarşılıqlı fəaliyyət haqqında bəyanat, habelə 2030-cu ilədək Rusiya-Çin iqtisadi əməkdaşlığının inkişaf istiqamətlərinə dair bəyanatın imzlanması və mətbuat konfransı ilə başa çatıb.

 

Mətbuat konfransında V.Putin danışıqları konstruktiv qiymətləndirib, iqtisadi və ticarət sahələrində əməkdaşlığı genişləndirmək imkanlarının olduğunu bildirib. O qeyd edib ki, beynəlxalq məsələlərin əksəriyyətində Rusiya və Çinin mövqeləri üst-üstə düşür. 

 

ÇXR Sədri Si Cinpin də rusiyalı həmkarı ilə danışıqların səmimi və dostluq şəraitində keçdiyini, Çin-Rusiya əlaqələrinin müasir dünya düzənində mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi Rusiya və Çinin beynəlxalq münasibətlərin təməl normalarına əməl olunmasına çalışacaqlarını deyib. Si Çinpin ölkəsinin Ukrayna münaqişəsində BMT Nizamnaməsinin prinsiplərini rəhbər tutduğunu, münaqişənin danışıqlar yolu ilə həllinə tərəfdar olduğunu diqqətə çatdırıb.

 

Tərəflər Ukrayna münaqişəsi ilə bağlı baxışlarını da bölüşüblər. Rusiya Prezidenti bildirib ki, Pekinin sülh planı Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün əsas götürülə bilər.

 

O qeyd edib ki, Çinin irəli sürdüyü sülh planının bir çox müddəaları Rusiyanın yanaşmaları ilə üst-üstə düşür: "Qərb və Kiyev buna hazır olsa, sülh yolu ilə nizamlanma üçün əsas götürülə bilər. Lakin indiyədək biz onların buna hazır olmasını müşahidə etməmişik”.

 

Çin lideri ölkəsinin Ukrayna məsələsində sülh və dialoqun tərəfdarı olduğunu bildirib. 

 

O qeyd edib ki, keçən ay Ukrayna böhranının siyasi həlli ilə bağlı Çinin mövqeyi dərc olunub.

 

"Vurğulamaq istərdim ki, bu nizamlanmada biz BMT Nizamnaməsinin məqsəd və prinsiplərini davamlı şəkildə rəhbər tutur, obyektiv və qərəzsiz mövqe sərgiləyir və barışığı fəal şəkildə təşviq edirik. Bizim mövqeyimiz məsələnin mahiyyətinə və həqiqətə əsaslanır. Biz həmişə sülh və dialoqun tərəfdarıyıq”, - deyə Çin lideri vurğulayıb.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.