Ağ Ev Azərbaycan və Ermənistanı “eskalasiyanı azaltmağa” çağırdı, amma...
QARABAĞDAKI 2000 RUS HƏRBÇİSİ İLƏ BAĞLI SUALI CAVABSIZ QOYDU

Ağ Ev Azərbaycan və Ermənistanı "eskalasiyanı azaltmağa" çağırıb.

 

Senzor.az bildirir ki, məlumatı “Turan” yayıb. 

 

"Biz bütün tərəfləri gərginliyi azaltmağa çağırırıq... Biz heç bir zorakılıq istəmirik və bütün tərəflərin gərginliyin azaldılması və zorakılığa son qoyulması üçün müvafiq addımlar atmasını istəyirik", - Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bunu keçirdiyi brifinqdə jurnalistlərin “Administrasiyanın davam edən münaqişə ilə bağlı mövqeyi nədir”   sualına cavabında deyib.

 

Eyni zamanda, o, ABŞ-ın Qarabağ bölgəsində 2000 rus hərbçisinin olmasından narahat olub-olmaması ilə bağlı sualı şərh etməyib.

 

Kirbinin şərhləri dövlət katibi Entoni Blinkenin Ermənistan və Azərbaycan liderləri ilə danışıqlarından, iki ölkənin liderlərinə sülh danışıqlarının asanlaşdırılmasında ABŞ-ın dəstəyini təklif edəndən sonra verilib.

 

Öz növbəsində Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinq zamanı bildirib ki, dövlət katibi ABŞ-ın münaqişənin həllinə sadiqliyini bir daha təsdiqləyib.

 

“Turan”ın müxbirinin Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevlə söhbəti zamanı insan haqları məsələsini qaldırıb-qaldırmadığı barədə sualına cavabında Patel bildirib ki, o, danışıqların təfərrüatlarını bilmir: “Amma insan haqları bizim bütün tərəfdaşlarımızla, o cümlədən Cənubi Qafqazda mütəmadi olaraq qaldırdığımız bir məsələdir”.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.