SEPAH-ın daha bir komandanı Azərbaycanla sərhədə gəldi

İran İslam İnqilabı Keşikçiləri Korpusu  (SEPAH) Quru Qoşunlarının komandanı general Sərdar Məhəmməd Pakpur Azərbaycan və Ermənistanla həmsərhəd rayonlardakı bölmələrin yerləşdiyi ərazilərə baş çəkib.

 

Senzor.az bildirir ki, bu barədə İran KİV-i məlumat yayıb.

 

Məlumata görə, general hərbçilərlə söhbət edib, onların döyüş hazırlığının, sayıqlığının və mənəvi-psixoloji hazırlığının səviyyəsini qiymətləndirib. Pakpur gecə-gündüz taktiki təlimlərə də qatılıb.

 

“Təhlükəsizlik məsələsi soyuq, isti, bayram, iş günləri bilmir. Biz maksimum ayıq-sayıq və hazır olmalıyıq. Bu məsələlərə hər zaman ciddi diqqət yetirməliyik”, - deyə o, qoşunlara müraciətində deyib.

  

Səfər Azərbaycan və Ermənistan arasında yeni hərbi eskalasiya riskinin artması və İranın Azərbaycanla sərhədə qoşun yığması xəbərləri fonunda baş tutub.

 

Telegram kanallarında yayılan xəbərlərə görə, İran son vaxtlar hərbi texnika və raket sistemlərini, o cümlədən canlı qüvvəsini Azərbaycanın Naxçıvan bölgəsi ilə sərhədində, eləcə də Araz çayı sahillərində cəmləşdirir. Eyni zamanda SEPAH-ın təbliğat resursları Azərbaycanı düşmən kimi təqdim edir və təhdidlər irəli sürür. Məsələn, bu günlərdə Araz çayı üzərindən Azərbaycana doğru “Şahed” kamikadze pilotsuz təyyarələrinin kütləvi uçuşu ilə bağlı video yayımlanmışdı və bunun fonunda “bir gün gələcəyik” mesajı səslənirdi.

 

Bundan başqa, İran rejimi dəfələrlə Zəngəzur dəhlizinin açılmasına qarşı olduğunu bildirib və “bölgədə beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinə imkan verməyəcəyi” barədə xəbərdarlıq edib.

 

Xatırladaq ki, ötən gün İran Sərhəd Qoşunlarının komandanı Əhməd Əli Qudərzi də Azərbaycanla həmsərhəd Xudafərin bölgəsinə gəlmişdi.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.