“SEPAH generallarının Azərbaycanda biznesi var” – PARTİYA SƏDRİNDƏN SƏRT VƏ SENSASİON AÇIQLAMALAR
VİDEO

"Turan" partiyasının sədri Cahandar Bayoğlu İranın Azərbaycana qarşı son günlərdə artan aqressiyasını şərh edərkən gözlənilməz, hətta müəyyən qədər qalmaqallı sayıla biləcək fikirlər səsləndirib.

 

"Real FM"in studiyasında aparıcılar Vüsal Məmmədov və İlqar Mikayıloğlunun qonağı olarkən Cahandar Bayoğlu bildirib ki, əvvələr İran Azərbaycandakı şəbəkəsi vasitəsilə daxili proseslərə kifayət qədər təsir göstərə bildiyindən, birbaşa təzyiqə can atmırdı. Amma son vaxtlar İranın Azərbaycana birbaşa təsir imkanları məhdudlaşdırıldığı üçün Tehran yeni üsullara – birbaşa hədələrə əl atır.

 

Partiya sədrinin sözlərinə görə, İranın Azərbaycandakı şəbəkəsi zəiflədilsə də, hələ “beli qırılmayıb”. Vaxtilə Ocaqnecatın əlilə qurulan şəbəkə işləyir və bəzi istiqamətlərdə hələ də kifayət qədər güclüdür. Partiyalarda, media orqanlarında, dini sektorda, təşkilatlarda İran şəbəkəsinə daxil olan strukturlar öz işlərindədirlər.

 

Cahandar Bayoğlu SEPAH generallarının Azərbaycanda ticarət şəbəkələrinin olduğunu deyib.

 

O həmçinin bildirib ki, “hər bir SEPAH generalının yanında bir rus generalı da var” və İranın anti-Azərbaycan fəaliyyəti Rusiya ilə koordinasiya olunur.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.