Qarabağ erməniləri Bakının təklifindən imtina etdilər... - MOSKVA İSƏ ARUTYUNYANI SİLAHLI MÜBARİZƏYƏ HAZIRLAYIR
FOTO

Martın 28-də Qarabağ separatçılarının "Xarici İşlər Nazirliyi" rəsmi Bakının Bakıda görüş keçirmək və Qarabağın Azərbaycana reinteqrasiyası məsələlərini müzakirə etmək çağırışına dair geniş şərhlə çıxış edib.

 

Senzor.az xatırladır ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrinə reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edib. Amma... 

Separatçıların bəyanatının mahiyyəti ondan ibarətdir ki, könüllü reinteqrasiyaya getməyəcək və bu məsələni müzakirə etməyəcəklər. Onlar yalnız Rusiya sülhməramlılarının bazasında və onların vasitəçiliyilə görüş keçirməyə,  "Blokadanın aradan qaldırılması" və Laçın yolunun açılmasını müzakirə etməyə hazırdırlar...

 

Haqqin.az xatırladır ki, ABŞ və Avropa İttifaqı Azərbaycan hakimiyyətinin dialoqa hazır olmasını alqışlayaraq Qarabağ erməniləri ilə rəsmi Bakı arasında birbaşa təmasların qurulmasını dəstəkləyiblər. Lakin separatçılar hələ də birbaşa danışıqlar aparmaq istəmirlər.

 

Sayt onu da qeyd edir ki, Bakıya gəlməkdən növbəti nümayişkaranə imtina separatçıların Rusiya sülhməramlılarının müşayiəti ilə Ermənistandan Qarabağa Laçın-Xankəndi yolundan yan keçərək silah, döyüş sursatı və digər hərbi yüklərin intensiv şəkildə çatdırılması fonunda baş verir: “Xəbər verildiyi kimi, Azərbaycan Ordusu hakim yüksəkliklərdə yeni mövqelər  tutaraq bu yolları nəzarətə götürüb. Lakin nəzərə almaq lazımdır ki, belə yüklər hələ də Laçın dəhlizi ilə müntəzəm olaraq gələ bilər.

Bununla əlaqədar Ermənistan mətbuatının separatçıların lideri Araik Arutyunyanın bu günlərdə Moskvada olması, ona yeni göstərişlər verilməsi, həmçinin silahlı mübarizəyə hazırlaşması barədə xəbərləri qeyd etməmək olmaz”.

 

Beləliklə, Qarabağ erməniləri 30 il əvvəl olduğu kimi destruktiv yol seçərək,  İrəvandakı revanşist əhval-ruhiyyəni və istəkləri, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini qoparmaq kimi zorakı yolu dəstəkləyərək Bakı ilə qarşıdurmaya hazırlaşırlar. Rəsmi Bakı buna cavab olaraq nə edəcək?

 

Haqqin.az xatırladır ki, Prezident İlham Əliyev bir müddət əvvəl Azərbaycan dövlətinin strategiyasını elan edərək, bu suala birbaşa və açıq cavab verib: Qarabağ erməniləri ya Azərbaycan hökuməti ilə reinteqrasiya mövzusunda konstruktiv dialoqa başlamalı, ya da Rusiya qoşunlarının məsuliyyət zonasını – Qarabağ bölgəsinin ərazisini tərk etməlidirlər. Üçüncü yol yoxdur…

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.