
Böyük Britaniyanın paytaxtı Londonda səfərdə olan Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar yunan tələbələrin hücumuna məruz qalıb.
Bu barədə "TRTHaber" məlumat yayıb.
Cənubi Kiprdən və Yunanıstandan olan tələbələr Kral Kollecində keçirilən konfransa gedən Ersin Tatarın avtomobilinin qarşısını kəsməyə cəhd ediblər.
Konfransdan əvvəl bir qrup yunanıstanlı gənc isə kollecin girişində etiraz aksiyası keçirib. Polis yunan gənclərin təxribatının qarşısını alıb.