Yunanıstan Ermənistan üçün xüsusi təyinatlılar hazırlayır və...
BİRGƏ ƏMƏLİYYATLARA BAŞLAYACAQ

Məlum olduğu kimi, Ermənistan, əslində, Rusiya ilə hərbi-texniki əməkdaşlıqdan tamamilə imtina edib və müdafiə sahəsində yeni tərəfdaşlar axtarır. Hindistanın simasında müasir silahların sabit təchizatçısını tapmağı bacaran Ermənistan, görünür, daha bir potensial tərəfdaş tapıb. Söhbət onun bu yaxınlarda 2023-cü il üçün hərbi əməkdaşlıq Proqramı imzaladığı Yunanıstandan gedir.

 

Haqqin.az Yunanıstanın Ermənistandakı səfirliyinin məlumatına istinadən bildirir ki, bu proqrama 15-i Yunanıstanda, 6-sı isə Ermənistanda olmaqla iyirmi bir tədbir daxildir.

 

Proqrama aşağıdakı maddələr daxil edilib: 

 

- Xüsusi təyinatlıların xüsusi əməliyyatlar üçün birgə hazırlığı;

 

- Elektron müharibənin metod və üsulları üzrə birgə təlim;

 

- Sülhməramlı əməliyyatlar üzrə çoxmillətli təlim mərkəzində iştirak;

 

- Hava Hücumundan Müdafiə sistemləri üzrə təcrübə mübadiləsi;

 

- Kadr mübadiləsi və seminarlar;

 

- Hərbi kəşfiyyatın müxtəlif sahələrinə xüsusi diqqət yetirilməklə, qarşılıqlı maraq doğuran məsələlər üzrə qərargah görüşləri və danışıqları.

 

Yunanıstan səfirliyinin press-relizində qeyd edildiyi kimi, bu proqramın imzalanması “ölkələr arasında hərbi əlaqələri daha da möhkəmləndirəcək və Yunanıstanın Ermənistandakı rolunu gücləndirəcək”.

 

Sayt xatırladır ki, Afina ilə İrəvan arasında müdafiə sahəsində əməkdaşlıq bundan əvvəl də həyata keçirilib: “Bildiyiniz kimi, Yunanıstan ənənəvi olaraq bu günə qədər Ermənistanın Rusiyadan sonra ikinci ən böyük hərbi tərəfdaşı hesab olunur.

 

Amma Ermənistan 44 günlük müharibədə məğlub olduqdan sonra bu tərəfdaşlıq yeni səviyyəyə qalxdı. Rusiya silahlarının keyfiyyətindən məyus olan və gözümüzün qabağında geosiyasi kursu dəyişən Ermənistan hakimiyyəti, NATO-nun üzvü olan Yunanıstanla hərbi əməkdaşlığı dərinləşdirməyi hədəflədi.

 

Maraqlıdır ki, Kipr də bu formata daxildir - 2021-ci ilin avqustunda Ermənistan, Yunanıstan və Yunan Kipri arasında üçtərəfli hərbi əməkdaşlıq proqramı imzalanıb”.

 

Sayt onu da vurğulayır ki, Yunanıstanın özü isə hazırda nəinki intensiv silahlanır, hətta Şərqi Avropanın əksər ölkələri kimi, öz ərazisində ABŞ silahlı qüvvələrinin böyük kontingentini cəmləşdirir: “Məlum olduğu kimi, Yunanıstanın ABŞ-la ikitərəfli hərbi əlaqələrini gücləndirməsi həmişə Türkiyəyə qarşı yönəlmiş siyasət kimi qiymətləndirilib. Və son zamanlar Ankara ilə Afina arasında münasibətlər o həddə çatmışdı ki, tərəflər artıq bir-birini açıq şəkildə müharibə ilə hədələyirdilər. Ancaq Türkiyədə baş verən zəlzələdən sonra bu gərginlik azaldı.

 

Ermənistana gəldikdə isə, Afina ilə hərbi təmasların artması ilə paralel olaraq, o, NATO-nun daha bir üzvü olan Fransa ilə hərbi əməkdaşlığı genişləndirməyə çalışır.

 

Lakin Fransadakı erməni lobbisi Yelisey sarayına Ermənistanı silahlandırmaq üçün çağırışlar etsə də, hələlik bu çağırışların Beşinci Respublika rəhbərliyi tərəfindən eşidildiyini təsdiqləyən faktlar yoxdur”.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.