
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Ankaradakı səfiri Ceff Fleyk üçün Prezident Administrasiyasının qapılarının bağlandlğını bəyan edib.
Senzor.az-ın məlumatına görə, Ərdoğan səfirin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu ilə görüşünü şərh edərkən bildirib ki, bundan sonra Prezidentin qapıları ABŞ səfiri üçün bağlıdır.
“Cozef Baydenin səfiri Kamal bəylə görüşüb. Ayıb olsun, başınızla düşünün. Siz səfirsiniz. Buradakı həmsöhbətiniz Prezidentdir”, - deyə R.T. Ərdoğan amerikalı diplomatın hərəkətindən narazı qaldığını bildirib.
Dövlət başçısı daha sonra əlavə edib: “O zaman hansı üzlə durub Prezidentlə görüş istəyəcəksən? Qapılarımız onun üzünə bağlıdır, daha içəri girə bilməyəcək. Fleyk öz yerini bilməlidir. Diplomat səfirin necə işləməli olduğunu bilməlidir. Bunu bilməsə, bu qapıdan girə bilməyəcək!”.
Senzor.az