
İslam Respublikasının yarandığı ilk gündən dünyanın müxtəlif yerlərində siyasi qətllər İranın dövlət siyasətinin tərkib hissəsi olub.
Senzor.az bildirir ki, bunu haqqın.az-a açıqlamasında iranlı politoloq Ural Hatəmi deyib.
Onun sözlərinə görə, İran bütün dünyada terror fəaliyyətini fəal şəkildə təşkil edir, həyata keçirir və maliyyələşdirir. Bunu çoxlu araşdırmalar, dosyelər, məhkəmə qərarları və digər sənədlər təsdiq edir: “Ayətullah rejimi terrorizm siyasətini iki istiqamətdə - rejimə qarşı çıxan İran müxalifətçilərinə və digər ölkələrin vətəndaşlarına və qurumlarına münasibətdə aparır. Ölkə xaricində siyasi opponentlərin öldürülməsi praktikası ötən əsrin 80-ci illərinin sonlarından başlayıb və bu günə qədər davam edir”.
Hatəmi iddia edir ki, siyasi qətllərlə bağlı qərarı 20-25 nəfərdən çox olmayan seçilmiş din xadimlərinin dar dairəsi verir. 
“Bu insanlar təbii ki, şəriətə istinad edərək fətva verirlər. Məsələn, britaniyalı yazıçı Salman Rüşdinin öldürülməsi ilə bağlı fətvanı Ayətullah Xomeyni özü verib. Azərbaycanlı jurnalist Rafiq Tağının qətli ilə bağlı fətvanı isə aşağı rütbəli din xadimi Ayətullah Lənkərani verib. Başa düşmək lazımdır ki, qətlin fətvası o deməkdir ki, özünü şiə hesab edən hər bir şəxs, hansı ölkədə yaşamasından və məzhəbə qulluq etmə müddətindən asılı olmayaraq, fətvanı yerinə yetirməyə, yəni din xadiminin dediyi şəxsi öldürməyə borcludur. Fakt budur ki, fətva İslamın bu cərəyanının bütün tərəfdarları üçün müqəddəs dini vəzifəyə çevrilir. İran hakimiyyəti təkcə iranlılara deyil, terror aktını həyata keçirmək üçün ayətullahların iradəsinə fanatik şəkildə bağlı olan digər millət və xalqların nümayəndələrinə də “xeyir-dua” verə bilər. Bunun müqabilində şiə din xadimləri hər zaman terror aktlarını törədənləri mükafatlandırmağa və onlara sığınacaq verməyə hazırdırlar”, - deyə U.Hatəmi vurğulayıb.
Hatəminin sözlərinə görə, SEPAH rəhbərliyi və İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi də müstəqil şəkildə öz qərarlarını qəbul edə və İrandan kənarda terror aktları həyata keçirə bilərlər.
Azəbaycan Milli Məclisinin deputatı Fazil Mustafaya qarşı sui-qəsd cəhdinə gəlincə, politoloq bildirib ki,
terror aktı ilə bağlı istintaq hələ davam etsə də, onun İran xüsusi xidmət orqanları tərəfindən Azərbaycana təhdid edilməsi ilə bağlı dəfələrlə xəbərdarlıqları, eləcə də din xadimlərinin kütləvi həbsləri bu terror aktında İran izi haqqında danışmağa hər cür əsas verir.
Daha ətraflı haqqin.az-da bu linkdə(https://haqqin.az/news/279501)