
Türkiyənin sabiq prezidenti Turqut Özalın oğlu Ahmet Özal "Millət İttifaqı"nın prezidentliyə namizədi Kemal Kılıçdaroğlunu dəstəklədiyini elan edib.
Türkiyə mətbuatı bildirir ki, o, dünən axşam Kılıçdaroğlu ilə görüşüb.
Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri ilə görüşdə Özalın oğlu onun prezidentliyə namizədliyini dəstəkləyəcəyini açıqlayıb. A.Özal həmçinin parlament seçkilərində də "Millət İttifaqı"na dəstək nümayiş etdirəcəyini bildirib.
Modern.az xatırladır ki, A.Özal bir neçə xırda partiyanın birləşdiyi "Türkiyə İttifaqı" tərəfindən bu seçkilərdə prezidentliyə namizəd göstərilmişdi. Lakin o, lazım olan 100 min imzanı toplaya bilmədiyi üçün namizədliyi qeydə alınmadı.