
Yaşadığı evin qarşısında silahlı hücuma məruz qalan və hazırda xəstəxanada müalicəsi davam edən deputat Fazil Mustafa hadisənin təfərrüatlarını eksklüziv olaraq REAL TV-yə danışıb.
Senzor.az Real TV-nin rəhbəri Mir Şahin Ağayevin millət vəkili ilə müsahibəsini təqdim edir:
**19:22
Yaşadığı evin qarşısında silahlı hücuma məruz qalan və hazırda xəstəxanada müalicəsi davam edən deputat Fazil Mustafa hadisənin təfərrüatlarını eksklüziv olaraq REAL TV-yə danışıb.
Senzor.az bildirir ki, Real TV-nin rəhbəri Mir Şahin Ağayevin millət vəkili ilə müsahibəsi bu gün saat 21.00-da yayımlanacaq.
Qeyd edək ki, martın 28-i saat 21:51 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində Milli Məclisin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılmaqla terror aktı törədilib. Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Hazırda o, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hospitalında müalicə alır.