
“İran feodal rejimi və ya qatı xurafat respublikası Fələstini necə qoruyur? Tehran dövlətinin əsas beynəlxalq kombinasiyalarını guya Fələstini müdafiə adı altında qurmaqda məqsədi nədir?”
Senzor.az bildirir ki, REAL TV-nin rəhbəri, Əməkdar jurnalist Mir Şahin Ağayevin dünən tamaşaçılarına təqdim etdiyi “Rudəkinin çıxarılmış gözlərinin görünən yeri - İran şeytana atılan daşları Fələstin küçələrinə necə daşıyır?” adlı reportajı məhz bu sullarla başlayır.
Cavabı da Mir Şahin özü verir: “Əvvəla, Fələstin Muxtar Dövlətinə İran öz xurafat və cahiliyyə düşərgəsini genişləndirmək ərazisitək yanaşır. Guya Tehran feodalizmi Fələstini müdafiə edir, onu İsraildən qoruyur. Əslində isə İran İsraillə özünün mübarizəsində Fələstindən sadəcə bir plasdarm, binəsib fələstinlilərdən isə ətçəkən maşın materialı kimi istifadə edir”.
Müəllif sonra digər suallara keçir: “Ümumiyyətlə İran Fələstinə nə verib? Hansı yardımı göstərib? Rəsmi statistika bu barədə heç nə demir. Bəs İsrail?”
Başqa suallar da var: Qarabağla, Ermənistanla, Tacikistanla... bağlı. Təbii ki, cavablar da. Amma bütün bunlar videoreportajda...