
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Məcnun Qadir oğlu Məmmədov kənd təsərrüfatı naziri təyin edilib.
Senzor.az -ın əldə etdiyi məlumata görə, M.Məmmədov 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb.
SABIT (Special American Business Internship Training) Proqramı Aqrobiznesdə İnnovasiya və Səmərəlilik proqramını mənimsəyib və Niderlandda Wageningen Universitetində Qida və Kənd Təsərrüfatı Biznesinin İdarə Edilməsi və Qida və Aqrobiznesdə İdarəetmə üzrə İcraçı vəzifəsində olub.
M.Məmmədov eyni zamanda Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində təhsil alıb.
42 yaşlı M.Məmmədov bu vəzifəyə təyin edilənədək bir sıra şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. Son illərdə iri kənd təsərrüfatı müəssisələrinə rəhbərlik edib. O, “PASHA Holding” MMC-nin əsasən Abşeronda zeytun və badam bağları salan “Grand-Agro” MMC-nin direktoru, son olaraq isə “Agro Food Investment” MMC-nin direktoru vəzifəsini icra edib.
Bundan başqa Məcnun Məmmədov daha əvvəl “PMD Group”, “Modern Group”, “AER” MMC, “Deloitte & Touche Ltd.” “ABN AMRO Bank Kazakhstan” kimi şirkətlərdə də çalışıb.
**11:35

Məcnun Qadir oğlu Məmmədov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin edilib.
Senzor.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.