DTX rəisinin sözləri Ermənistanda həyəcan yaratdı
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbəri Əli Nağıyevin Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vitse-prezidenti Jil Karbonyenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməsinə erməni politoloqları həyəcanla reaksiya veriblər.
 
Senzor.az xatırladır ki, oktyabrın 19-da DTX rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev BQXK-nın vitse-prezidenti Jil Karbonyenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
 
Görüşdə BQXK ilə ölkəmiz arasında mövcud əlaqələr, təşkilatın humanitar missiyasının həyata keçirilməsi ilə bağlı qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə olunub.
 
General-polkovnik Əli Nağıyev Birinci və İkinci Qarabağ müharibələrində itkin düşən vətəndaşlarımızın tapılması məsələsinə toxunaraq BQKX-nın bu istiqamətdə bundan sonra da fəal rol oynayacağına və mühüm töhfələr verəcəyinə ümidvar olduğunu bildirib. Həmçinin regionda hökm sürən yeni reallıqlar nəzərə alınmaqla BQKX  nümayəndələrinin Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan bölgələrə səfərlərinin Ermənistanın deyil, yalnız respublikamızın ərazisindən istifadə edilməklə mümkünlüyü nəzərə çatdırıb.
 
Bundan əlavə, söhbət əsnasında Yaxın Şərq bölgəsindən, xüsusən də Suriya və İraqdan Azərbaycan əsilli vətəndaşların və onların ailə üzvlərinin ölkəyə qaytarılması mövzusu da geniş müzakirə olunub.
 
BQKX-nın vitse-prezidenti Jil Karbonye Azərbaycan hökuməti ilə faydalı əməkdaşlıq münasibətlərindən məmnunluğunu ifadə edib, qeyd olunan məsələlərin həlli istiqamətində birgə səmərəli fəaliyyətin davam edəcəyinə əminliyini bildirib.
 
Axar.az-ın məlumatına görə,  erməni ekspertlər Azərbaycanın güc strukturu rəhbərinin “BQKX nümayəndələrinin Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan bölgələrə səfərləri Ermənistanın deyil, yalnız respublikamızın ərazisindən istifadə edilməklə mümkündür” fikrini tələb kimi qiymətləndirib və bunun icra ediləcəyindən ciddi narahatlıq ifadə ediblər. Belə ki, artıq Azərbaycanın öz ərazisində suveren haqlarını tam bərpası istiqamətində əhəmiyyətli addımlar atmasını Ermənistanın 30 illik siyasətinin “tam iflası” olaraq görürlər.
 
Sayt vurğulayır ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə Ermənistanla əlaqə üçün təqdim edilən Laçın dəhlizi yalnız və yalnız Qarabağdakı erməni əhalisi üçün nəzərdə tutulub. Bu dəhlizdən xarici ölkə vətəndaşlarının istifadəsi ancaq Azərbaycanın razılığı ilə ola bilər.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.