
Böyük yeddilik ölkələri (G7) Ukraynanı dəstəkləmək və Rusiyaya qarşı sanksiyaları davam etdirmək barədə razılığa gəliblər.
TASS bildirir ki, bu razılıq G7 ölkələri xarici işlər nazirlərinin Yaponiyada keçirilən sessiyasında əldə olunub.
“Böyük yeddilik ölkələri Rusiyaya qarşı sərt sanksiyaları davam etdirəcək və Ukraynaya güclü dəstək verməkdə davam edəcəklər”, - deyə bəyanatda qeyd olunub.
Bundan əlavə, G7 ölkələri Rusiyaya silah tədarük edən dövlətlərə qarşı təzyiqləri daha da gücləndirəcəklərini bəyan ediblər.