
“Əsirin məruz qaldığı işgəncə kadrlarını görmüş hər bir kəs yəqin ki öz içində erməniləri heç vaxt bağışlmayacağını yəqinləşdirib. Amma əsirin belə qəddarlığğa məruz qoyulmaqla nümayiş edilməsi də məxsusi olaraq düşünülüb. Yoxsa İrəvan sülh prosesinin ən ciddi şəkildə diqqət mərkəzində olduğu bir vaxtda niyə belə davransın ki?”.
Senzor.az bildirir ki, bunları “Real” Təhlil və İnformasiya Mərkəzinin rəhbəri Mir Şahin Ağayev müəllifi və aparıcısı olduğu “Mirşahinin vaxtı” verilişinin son buraxılışında əsgərlərimizə işgəncə verilməsi və bayrağımızın yandırılması ilə bağlı məlum hadisələr, eləcə də erməni xisləti haqda danışarkən deyib.
Tanınmış junalist daha sonra vurğulayıb: “Onsuz da Erməistan İkinci Qarabağ Müharibəsində gördü, əmin oldu ki, dinc insanlarımızı qorxutmaq, milli iradəmizi sındırmaq mümkün olmayacaq. Gəncədə ermənilərin raket atəşi nəticəsində hər iki gözünü itirmiş gənc ananın müsahibəsini, bizim dözüm və dəyanətimizin həddi, əqidə bağlarımızn nə qədər möhkəm olduğunu sübut edən bu kadrları unutqanlar üçün təqdim edirik. Vətəni göz bəbəyi kimi sevən qadın...
Doğrudanmı Ermənistan və onun havadarları, İranı, Fransası hesab edir ki, bu iradəyə qalib gəlmək olar?! Amma hər bir halda Ermənistan hər şeyi edir ki, sülh sazişini imzalamasın. Delimitasiya və demarkasiya prosesini pozsun. Fikir verirsinizsə, Azərbaycan sülh təşəbbüslərini və təkliflərini artırdıqca Ermənistan daha da vəhşiləşir.
Ağır Atletika üzrə Avropa Çempionatının açılış mərasimində təşkil olunmuş provakasiya da bu qəbildəndir. Hansısa erməni beynəlxalq tədbirdə bütün dünyaya, Avropaya meydanı təsadüfən oxuya bilməzdi. Azərbaycan bayrağına od vurulması faktı adicə xuliqanlıq deyil. Əlbəttə, obrazlı olaraq çox şey deyə bilərik. Məsələn: deyərik ki, Ermənistan Azərbaycanın qələbəsini qaldıra bilmədi. Yaxud bizim bayraq bunları o qədər yandırıb ki, onlar da əvəzin bu bayrağı yandırmaqla çıxırlar. Və sair və ilaxır. Amma ciddi yanaşanda bu sadəcə erməni mahiyyətidir. Xocalı soyqırımı da, əsirimizin işgəncəyə məruz qalması da, danışıqlara gedənlərə atəş açılması da, Laçına vurulan od da. Elə Zəngəzurda, Şurnuxuda öz evlərinə də od vurmuşdular.
İndi isə bizim bayrağımızın yandırılması... Yəni Azərbaycanlı və Erməni xarakterinin müqayisəsi üçün kifayət qədər materialmız var. Məsələn, onlardan qalma dağıntılar, xarabalıqlar, faciə və fəlakətlər...
Bu isə bizim ayaq izlərimizdir. Vəhşi erməni qəbiləsinin ardınca buraxdığı cəhənnəmi Azərbaycan cənnətlə belə əvəz edir.
Əslində ikili standartların bariz timsalı həm də budur. Çox az adam inanardı ki, 2020-ci ildə Kəlbəcəri, Ağdamı güllə atmadan təhvil verməyə hazır olan Ermənistan bu gün danışıqlara gedənlərə atəş açacaq, səfirliyimizə hücum edəcək, əsir götürdüyünə işgəncə verərək dünyaya yayacaq, bayrağımızı öz evinə qonaq kimi dəvət etdiyi, təhlükəsizliyinə zamin durduğu halda, bütün dünyanın gözü qabağında yandıracaq. Bütün bunlar İlham Əliyevin dəfələrlə bəyan etdiyi, həmin o pozucu erməni məzmunudur. Hər dəfə Bakı deyəndə ki, “Ermənistan bütün əməkdaşlıq planlarını pozur”, bax elə bunu nəzərdə tuturdu. Biz buyuq: Hüseyn Cavidin “ANA” əsərinin, düşməninə də rəhm edən millətin müəllifi olan xalq. İlham Əliyevin məşhur jestini bu günlər tez-tez nümayiş etdiririk. Avropa Oyunlarında nəticə əldə etmiş, auditoriyanın fitə basdığı Ermənistan idmançısına özü yaxınlaşır...
Bu isə Ermənistanın baş naziridir. Azərbaycan bayrağı yandırılarkən kilsə xorunda dayanırmış kimi donuq sifəti ilə mənasız boşluğa baxan zavallı Paşinyan…
Nikol Paşinyan və oyuncaq hakimiyyəti hər belə hərəkəti ilə öz xislətini, mənəvi-siyasi anatomiyasını göstərir. O göstərir. Amma görməli olanlar görəcəklərmi? Bu, artıq yaxın tarixin sualıdır. Azərbaycan öz yolu ilə gedir. Onun çoxqütblü, amma milli maraqlara hesablanmış siyasəti yeni stansiyalara çatır. Və burda İlham Əliyev həm Vahid Türk Birliyinin flaqmanıdır... həm də Avropanın enerji təhlükəsizliyinə məsul Dövlət-Şəxs...”.