İran şahının oğlu İsraildə NETANYAHU İLƏ GÖRÜŞDÜ
FOTO

İranın sonuncu şahının böyük oğlu Rza Pəhləvi İsrailə səfər edib və Qüdsdə bu ölkənin Baş naziri Benyamin Netanyahu və həyat yoldaşı Sara Netanyahu ilə görüşüb.

  

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, R.Pəhləvi səfəri zamanı Yad Vaşem Milli Holokost Memorial Muzeyində “Holokostu Anma Günü” şərəfinə təşkil edilən mərasimdə iştirak edib. 

 

O, Netanyahu və İsrail Prezidenti İshak Hersoqla yanaşı dayanıb, lakin çıxış etməyib.

 

Bununla belə R.Pəhləvi “i24NEWS”a müsahibəsində tədbirdə iştirak etmək və Holokost qurbanlarını yad etməyin onun vəzifəsi olduğunu bildirib.


Rza Pəhləvi gəlişindən dərhal sonra qısa bəyanatla da çıxış edib: “İran xalqı bizim irsimizə hörmət edəcək, insan haqlarını qoruyacaq, İsraillə sülh və dostluq münasibətləri quracaq hökumətə layiqdir”. 

 

O, həmçinin əlavə edib ki, bir çox iranlılar öz ölkələrini israillilərlə bağlayan və İslam inqilabı zamanı pozulan möhkəm dostluğu xatırlayırlar.

 

Şahın oğlu daha sonra vurğulayıb: “Demokratik İranın İsrail və ərəb qonşularımızla münasibətləri bərpa edəcəyi gün yaxınlaşır”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.