Azərbaycanda saxlanılan 2 İran vətəndaşı ölkələrinə qaytarıldı – BU GÜN SƏHƏR
 
Azərbaycan humanizm, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərindən çıxış edərək və xoş niyyət nümayiş etdirərək İran vətəndaşları Barzegar Haghı Jafar Ghazanfar və Norouzı Shahroud Heıdarı müvafiq razılaşmaya əsasən bu gün səhər saatlarında öz ölkələrinə qaytarıb.
 
Senzor.az bildirir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
 
Xatırladaq ki, adıçəkilən şəxslər malları sənədlərdən və gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə Azərbaycanın gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirdiklərinə, habelə mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda, qanunsuz olaraq keçdiklərinə görə saxlanılmışdılar.
Azərbaycan Gömrük Komitəsi onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 və 318.2-ci maddələri ilə cinayət işi açmışdı.
 
İran tərəfi həbs olunan şəxsləri təhvil vermək tələbi ilə Azərbaycana təzyiq göstərməyə çalışdı. Amma sərhəddə hərbi təlimlər, Tehrandan gələn təhdidlər heç bir rol oynamadı. İran Azərbaycanın tələblərini qəbul etmək məcburiyyətində qaldı və oktyabrın 20-də rəsmi olaraq öz sürücülərinə Azərbaycan sərhədini pozmağı və Qarabağa getməyi, həmçinin Qarabağ separatçıları ilə ticarəti qadağan etdi. Həbs edilən şəxslər yalnız bundan sonra azad olundular.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.