"Mənə qarşı edilən çıxışların haradan sifariş olunduğunu açıqlayacam" - VAHİD ƏHMƏDOV
YENİLƏNİB

"Həmişə dövlətimin yanında olmuşam, dövlətimin mövqeyini müdafiə etmişəm, yenə də müdafiə edirəm".


Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.


O bildirib ki, istər Milli Məclisdə, istərsə də mətbuatdakı çıxışlarında hansı mövqedə olduğu bəllidir.


"Bu çıxşların haradan idarə olunduğunu dəqiq bilirəm. Kim bu göstərişi verib, onu da bilirəm. Vaxtı gələndə bunun hamısı açılacaq. Fəzail Ağamlı təklif etdi ki, İntizam komissiyasında baxılsın. Etiraz etmirəm, baxılsın. Orada da bütün suallara cavab verməyə hazıram. Millətin və dövlətin yanında olan insanam", - deyə deputat bildirib.


**11:54


Deputat Vahid Əhmədovun bir neçə gün əvvəl internet televiziyalarından birinə verdiyi müsahibə zamanı deputatlarla bağlı səsləndirdiyi fikirlər Milli Məclisin bu gün geçirilən iclasında sərt tənqid olunub.


Məlumata görə, Deputat Fəzail Ağamalı bildirib ki, bu yaxınlarda həmkarımız Vahid Əhmədov mətbuatda xoşagəlməz müsahibə ilə çıxış etdi.


“Blogerin suallarının təsiri altına düşən həmkarımız dövlətin həyata keçirmiş olduğu fundamental məsələlərə şübhə toxumu səpməyə çalışdı. Məni narahat edən millət vəkilinin Azərbaycan dövlətçiliyinə təhdiləri, qərəzli münasibətləridir", - deyə deputat bildirib.


O qeyd edib ki, Vahid Əhmədov Azərbaycanın sosial siyasətinə kölgə salır. “Bunu ən müxtəlif tezislərlə əsaslandırmağa çalışır. Belə çıxır ki, Azərbaycanda uzun illərdən bəri həyata keçirilmiş sosial siyasət heç bir nəticə verməyib. Azərbaycanda korrupsiyanın və kölgə iqtisadiyyatının tör-töküntülərinin qalmasını sistemin üzərinə yönəltməyin özü acı təəssüf doğurur. O söyləyir ki, əgər imkan yaradılsa, Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyalarının xalqın etimadını qazanmaq imkanları var. Digər partiyalarda bu imkanları görmədiyini deyir. Hansı haqla?”,- deyə deputat əlavə edib.


Deputat Kamran Bayramov bildirib ki, Vahid Əhmədovun müsahibə zamanı səsləndirdiyi ifadələr hiddət doğurur. “Bu fikirləri Vahid müəllimə yaraşdırmadım. Vahid müəllim Azərbaycanda keçirilən demokratik seçkiləri şübhə altına alır. Əgər onun əlində faktları varsa qoy təqdim etsin, ancaq edə bilmirsə onun bu cür fikirlər səsləndirməsi əsassızdır. Onun fikirləri deputatların nüfuzuna xələl gətirir”, - deyə deputat bildirib.


Deputat Elşən Musayev qeyd edib ki, Vahid Əhmədovun fikirləri qərəzli xarakter daşıyır. “Bu insan töhmətə layiqdir. Xahiş edirəm Milli Məclisin İntizam komissiyasında bu məsələyə baxılsın”, - deyə deputat vurğulayıb.


Digər deputatlar da V.Əhmədovun fikirlərini sərt tənqid ediblər. Bildirilib ki, Vahid Əhmədovun fikirləri xarici qüvvələrin dəyirmanına su tökməkdir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.