
Türkiyənin daxili işlər naziri Süleyman Soylu Türkiyə ermənilərinin patriarxı Sahak Maşalyanı ziyarət edib.
APA-nın verdiyi xəbərə görə, nazir Soylu Maşalyana zəlzələ bölgəsinə göndərdikləri yardıma görə təşəkkür edib.
“İndiyə qədər olduğu kimi, bütün məsələlərdə sizinləyik. Biz buradan bütün dünyaya nümunə göstərməliyik. İstanbulun nə olduğunu, Anadolu sivilizasiyasını, birlikdə yaşamaq, birlikdə güclü olmaq anlayışını göstərməliyik”, - Soylu görüş zamanı bildirib.