İran maşınları Ermənistana Azərbaycan ərazisindən keçəcək – BAKI GORUS-QAFAN YOLUNUN ÜSTÜNDƏ YANACAQDOLDURMA MƏNTƏQƏSİ DƏ TİKİR

Bundan sonra İran yük avtomobilləri Ermənistana Azərbaycanın buraxılış məntəqəsindən keçəcəklər.
 
Axar.az xəbər verir ki, bunu Gorusun vitse-meri Karo Köçəryan deyib. 
 
Onun sözlərinə görə, Azərbaycan hökuməti artıq buraxılış məntəqəsinin tikintisini bitirib.
 
O, hazırda buraxılış məntəqəsi qarşısında İrandan olan çoxlu sayda yük maşınının toplaşdığını söyləyib.
 
Köçəryan həmçinin Azərbaycan hökumətinin yanacaqdoldurma stansiyasının tikintisinə başladığını da deyib.

Virtualaz.org xatırlaır ki, Gorus-Qafan yolunun 22 kilometrlik hissəsi hələ Sovet dövründən Qubadlı ərazisindən keçirdi. Ötən ilin dekabrında Azərbaycan Ermənistanla bu istiqamətdə dövlət sərhədlərini bərpa edəndən sonra yolun həmin hissəsi də Azərbaycanın nəzarətinə keçmiş oldu. Bir müddət həmin yolla İran TIR-larının maneəsiz hərəkətinə imkan yaradılmışdı, lakin həmin TIR-ların bir qisminin Ermənistan üzərindən Qarabağa, Azərbaycan ərazilərinə qanunsuz daxil olması hallarına son qoyulmaması Bakını məcbur etdi ki, yolda polis nəzarəti tətbiq etsin və tranzit yükdaşımaları haqda qanunvericiliyin tələblərinə uyğun olaraq həmin maşınlardan  yol vergisi tutsun.
 
Bu məsələ İranla Azərbaycan arasında gərginliyə gətirib çıxarsa da nəhayət, rəsmi Tehran Azərbaycanın haqlı mövqeyi ilə hesablaşmalı oldu və öz yük maşınlarına Laçın dəhlizinə daxil olmağı qadağan etdi. Və göründüyü kimi, iranlılar həm də Gorus-Qafan yolunun Qubadlıdan keçən hissəsindən tranzit keçib Ermənistana getməyə görə yol vergisini də ödəməyi qəbul ediblər...





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.