
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Millət İttifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğlu İstanbulda eyni gündə və eyni saatda seçki mitinqi keçirəcəklər.
Bu barədə "Haberler" məlumat yayıb.
Mitinqlərin mayın 7-də keçirilməsi planlaşdırılır.
Qeyd olunub ki, Ərdoğan keçmiş hava limanının yerindəki "Millət" bağında tərəfdarları qarşısında çıxış etməyi planlaşdırır. Kılıçdaroğlunun isə Maltəpə Orxanqazi parkında mitinq keçirəcəyi gözlənilir.