İQTİDARA YAXIN BƏZİ SİYASİLƏR ƏKS-DÜŞƏRGƏYƏ KEÇİRLƏR…
QÜDRƏT HƏSƏNQULİYEVDƏN SENSASİON AÇIQLAMA

“Ölkəmizin gələcəyi xalqımızın iradəsindən və inkişaf səviyyəsindən yox, iqtidarın yürütdüyü siyasətdən asılıdır”.

 

Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a verdiyi müsahibəsində deyib.

 

O bildirib ki, Ukraynadakı müharibənin və Türkiyədəki siyasi proseslərin gedişindən asılı olaraq bizdə də müəyyən siyasi canlanma müşahidə olunmaqdadır: “Bəziləri geosiyasi proseslərin iqtidarın xeyrinə cərəyan etmədiyini düşünüb Qərbin təmsilçiləri ilə gizli əlaqələr qurur, təmsil olunduğu düşərgəni tərk etməyə çalışır. İqtidara yaxınlığı ilə seçilən mötədil siyasilər radikallaşır, utanmadan əks düşərgəyə reveranslar edirlər və s. Onları ölkənin yox, öz gələcəkləri düşündürür”.

 

Millət vəkilinin fikrincə,  iqtidar fərqindədir ki, Qarabağ üzərində dövlət suverenliyini qısa müddətdə bərpa edib ciddi iqtisadi və hüquqi islahatlara başlamaq lazımdır: “Buna görə cəzalandırılacağımız, ölkəmizin böyük risklərlə üz-üzə qalacağı ehtimalı çox azdır. İqtisadiyyatın enerji satışından asılılığına son qoyulmalı, sənaye və kənd təsərrüfatı inkişaf etdirilməlidir. Bunun üçün isə sahibkarı məmurdan qoruya bilən güclü məhkəmə, əlverişli investisiya və biznes mühiti yaradılmalıdır. Büdcə gəlirlərinin artırılması vətəndaşlardan müxtəlif adlarla və yollarla daha çox pul qoparmaq hesabına olmamalıdır. Yeni iş yerlərinin açılması, istehsal və emal müəssiələrinin yaradılması hesabına olmalıdır.

 

Xərclərin azaldılması isə pensiya və müavinət alanların sayının azaldılması hesabına yox, idarəetmə xərclərinin azaldılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və dövlət sifarişləri zamanı şəffaflığın təmin edilməsi, strateji sahələrin özəlləşdirilməsi, dövlət inhisarçılığına son qoyulması hesabına olmalıdır. Hesab edirəm, ölkəmizdə sabitlik barədə vətəndaş razılığının olması, əlverişli geosiyasi vəziyyət tədrici və böyük islahatlara başlamaq üçün əlverişli şərait yaratmışdır”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.