
Azərbaycanlı iş adamı Telman İsmayılov Monteneqrodan sığınacaq alıb.
Senzor.az bildirir ki, bu barədə iş adamının vəkili Marina Rusakova məlumat yayıb.
Xatırladaq ki, Telman İsmayılov Monteneqroda saxlanılaraq barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Rusiyanın ən varlı iş adamları siyahısında olan T.İsmayılov iki sahibkarın qətlini təşkil etməkdə ittiham olunur. Ona qarşı bu ittiham 11 noyabr 2017-ci ildə irəli sürülüb, azərbaycanlı iş adamının axtarışı İnterpol vasitəsilə həyata keçirilib.
Rusiya Baş Prokurorluğu onun cinayət məsuliyyətinə cəlb olunması məqsədilə Monteneqrodan bu ölkəyə təhvil verilməsini tələb etmişdi.
Vəkili bildirib ki, iş adamı artıq saxlanıldığı təcridxanadan azad edilib: “Telman İsmayılov Monteneqrodan siyasi sığınacaq alıb və bu səbəbdən də Rusiyaya ekstradisiya oluna bilməz”.