
Pakistan Əfqanıstanda “Taliban” qruplaşmasının hakimiyyətini tanıya bilər.
“Report” xəbər verir ki, bu barədə Pakistanın informasiya və radio yayımı naziri Çaudri Favad Hüseyn danışıb.
Onun sözlərinə görə, Pakistan region ölkələri və dünya gücləri ilə məsləhətləşmələrdən sonra “Taliban”ın hakimiyyətini tanıya bilər.
“Pakistanın Əfqanıstanla mövqeyi əvvəlcədən aydındır və bu mövqe dəyişməyib. Biz “Taliban”dan qanunun aliliyinə və əsas insan haqlarına hörmət etməyi gözləyirik”, - nazir əlavə edib.