İran Prezidenti Azərbaycan Prezidentinə məktub göndərdi - TEHRANDAN İKİLİ STANDART
 
İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ölkənin dini liderinin sionizmlə əməkdaşlıqda ittiham etdiyi Azərbaycan Prezidenti İlham Əliyevə Məhəmməd peyğəmbərin mövludu və Vəhdət Həftəsi münasibətilə təbrik məktubu göndərib. 

 
Ovqat.com-un bildirdiyinə görə, məlumatı İran səfirliyi yayıb.
 
Məktubda deyilir: 
 
“Allahın böyük Peyğəmbəri Həzrəti Məhəmməd Mustafanın (s) mövludunun ildönümü, eləcə də bütün müsəlmanların arzusu və Peyğəmbər ümmətinin hədəfi olan Vəhdət Həftəsi münasibətilə Sizi və ölkənizin xalqını ən səmimi şəkildə təbrik edirəm. 
 
Bu mübarək və məsud günlərdə Allahın Rəsulundan (s) gözəl nümunə götürərək, İslam dininin müştərək dəyərlərinə söykənərək iman qardaşları kimi iradə nümayiş etdirməklə İslamın yüksəlişi və rəhmət Peyğəmbərinin yolunun təbliği ilə bağlı davamlı və güclü əlaqələrimizin yaradılması istiqamətində ciddi addımlar atacağımıza ümidvar olduğumu bildirirəm.   
 
Uca Allahdan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan xalqına isə izzət və başucalılığı diləyirəm”.   





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.