“Vaqner” özəl hərbi şirkətinin başçısı Rusiya Müdafiə Nazirliyinin rəhbərlərinə od püskürdü: “CƏHƏNNƏMDƏ BU ÖLÜLƏRİN İÇALATINI YEYƏCƏKSİNİZ!”
VİDEO

Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin mayın 4-də özlərinin itkilərini əks etdirən video çəkib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, video Priqojinin mətbuat xidməti tərəfindən yayımlayıb.

 

Görüntülərdə açıq ərazidə meyitlərin yanında dayanan Priqojin Rusiya rəsmilərinə od püskürür və Müdafiə Nazirliyindən hərbi sursatlar tələb edir.

 

“Bu oğlanlar bu gün ölən “Vaqner”çilərdir, qanları hələ qurumayıb”, - Priqojin deyir.

 

O, kiməsə meyitləri çəkməyi əmr edir.

 

“Hamısını çəkin”, - deyə onlarla meyiti göstərir.

 

“Bunlar kiminsə ataları, kiminsə oğullarıdır. Sursat verməyənlər cəhənnəmdə bu ölənlərin içalatını yeyəcəklər! Bizdə 70% sursat çatışmazlığı var. Şoyqu, Gerasimov, sursatlar haradadır? Ölənlərə baxın”, - deyən Priqojin qeyri-etik ifadə və söyüşlərdən istifadə edir.

 

O, Rusiya Federasiyası Müdafiə Nazirliyindən bütün lazımi döyüş sursatı ilə təmin olunmalarını tələb edir və həmçinin bildirir ki, 100% sursatla təmin olunsalar, “Vaqner”in itkiləri beş dəfə az olar.

 

Priqojin daha sonra “bahalı restoranlarda oturan” rusiyalı məmurlara qəzəbini ifadə edir.

 

“Siz, iyrənc məxluqlar, bahalı klublarda oturursunuz. Övladlarınız “YouTube” üçün videolar çəkirlər. Düşünürsünüz ki, bu həyatın ağaları sizsiniz. Hesab edirsiniz ki, sursat anbarlarınız varsa, deməli, buna haqqınız var. Elementar hesablamalar var - sursatları normasında versəniz, ölənlərin sayı beş dəfə az olar. Onlar buraya könüllü kimi gəliblər və siz öz qırmızı ağacdan hazırlanmış kabinetlərinizdə piylənəsiniz deyə həlak olurlar”, - deyə Priqojin hiddətini bildirib.









Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.