Paşinyan: Azərbaycan Qarabağa heç bir muxtariyyət verməyəcək! – ““NEMEZİS” ABİDƏSİNİN AÇILMASI SƏHV ADDIM İDİ”

“Azərbaycan Qarabağa heç bir muxtariyyət verməyəcək!”

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. 

 

Paşinyan qeyd edib ki, rəsmi Bakı Qarabağla bağlı öz mövqeyini dəfələrlə bəyan edib.

 

Baş nazir onu da bildirib ki, ölkəsinin paytaxtı İrəvanda “Nemezis” silsilə terror əməliyyatlarına həsr olunan abidənin açılması barədə qərarı doğru saymır.

 

Onun sözlərinə, bu barədə qərarı hökumət yox, şəhər rəhbərliyi verib və onun həyata keçirilməsi düzgün deyil: “Bu qərarı hökumət verməyib və demokratiyanın çatışmazlıqlarından biri odur ki, hökumət və ya hökumət başçısı heç də hər şeyə, hər kəsə nəzarət etmir. Mənim fikrimi bilmək istəyirsinizsə, o zaman hesab edirəm ki, yanlış qərar verilib və bu qərarın icrası da yanlış olub”.

 

Hökumət başçısının fikrincə, bu hadisə emosional fonda baş verib.

 

Xatırladaq ki, “Nemezis” Daşnaksütyun Partiyasının keçirdiyi terror aksiyasıdır. Aksiyanın məqsədi “erməni soyqırımı”nı və Bakıda 1918-ci ilin sentyabrında guya erməni əhalisinin qırğınını təşkil etmiş şəxslərdən qisas alınması olub. Əməliyyat çərçivəsində qətlə yetirilən şəxslərin arasında həm Osmanlı imperiyasının, həm də Azərbaycan Xalq Cümhuriyyətinin keçmiş rəhbərləri olub. Əməliyyatın adı, qədim yunan intiqam ilahəsi Nemezidanın adından götürülüb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.