“Ukrayna müharibəni uduzacaq, Rusiya Moldovanı işğal edəcək” - TANINMIŞ AMERİKALI ANALİTİK EYNULLA FƏTULLAYEVƏ MÜSAHİBƏSİNDƏ SENSASİON PROQNOZLAR VERDİ
VİDEO

Tanınmış amerikalı analitik, Ceymstaun Fondunun eksperti Volodimir Sokor əmindir ki, Ukrayna öz ərazi bütövlüyünü bərpa edə və Rusiya ilə müharibədə qalib gələ bilməyəcək. Amerikalı analitik azərbaycanlı jurnalist, pusdilli populyar haqqin.az portalının rəhbəri Eynulla Fətullayevə müsahibəsində Rusiyanın Moldovanı işğal edəcəyini də proqnozlaşdırır. 

 

Analitikin fikrincə, Ukrayna Silahlı Qüvvələri uğurlu əks-hücum əməliyyatı keçirmək üçün kifayət qədər qüvvəyə malik deyil və Kiyev hazırda Rusiya qoşunlarının nəzarətində olan əraziləri itirməyə məhkumdur.

 

Analitik proqnozlaşdırır ki, Vaşinqton Kremli yenidən danışıqlar masasına oturtmalı olacaq. Özü də  təkcə Ukrayna məsələsinə görə yox, həm də Qarabağ probleminin yekun həlli üçün.

 

Ukraynaya gəlincə, Sokor əmindir ki, Ukrayna Qərbin qurbanıdır. Və Çinin artan təhlükəsi qarşısında ABŞ mərkəzdənqaçma meyillərini sürətləndirməkdə və Rusiyanı parçalamaqda maraqlı olmayacaq. Bununla belə, amerikalı analitik Ukraynanın parçalanması variantını istisna etmir. Onun fikrincə, Rusiya ilkin - ölkəni ələ keçirmək strategiyasından imtina edib. Kremlin yeni strategiyası Ukrayna adlı ölkənin məhv edilməsidir.

 

Senzor.az toxunulan mövzuların aktuallığını nəzərə alaraq həmin maraqlı video-müsahibəni öz oxucularına təqdim edir:






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.